Accessibility links

Amerikalı teleaparıcı: İsa Məsih də 85 faiz səs toplaya bilməzdi [Video]


Cenk Uyğur

Cenk Uyğur

Amerikada popuyar televiziya şousunun aparıcısı Cenk Uyğur Azərbaycanda prezident seçkilərini məsxərəyə qoyub. “Gənc Türklər” proqramının aparıcısı prezident İlham Əliyevin səsvermədə 85 faiz toplamasını qeyri-mümkün adlandıraraq bunun yalnız saxtakarlıq vasitəsilə həyata keçirilə bildiyini deyib.

Cenk Uyğur ilk öncə Azərbaycan Mərkəzi Seçki Kommissiyasının smartphone applikasiyasında nəticələri bir gün qabaqcadan açıqlaması haqda Associated Press agentliyinin məlumatını tamaşaçılarla paylaşıb. Həmin nəticələrdə İlham Əliyevin 73 faizlə rəqiblərini məğlub etdiyi göstərilmişdi.

“Amma seçkilərdən sonra məlum oldu ki, İlham Əliyev əslində 85 faiz səs toplayıb. Onun əsas rəqibi Cəmil Həsənli 6 faizdən az səs əldə edib. Əgər sən 85:6 nisbətində qalib gəlirsənsə, onda səsvermə saxtalaşdırılıb,” deyə teleaparıcı gülümsəyir.

“Hətta İsa Məsih özü də qayıdıb gəlsəydi, 85 faiz toplaya bilməzdi. Bu, mümkün deyil. Aydındır ki, səsvermə saxtalaşdırılıb. Heç olmasa bunu inandırıcı etmək üçün 57:43 etmək olardı. Lap belə parlaq qələbə istəsəydin, 65:35 yazdırardın,” deyə Cenk 85 faizin ağlasığmaz rəqəm olduğunu vurğulayıb. ATƏT-in seçkiləri "qüsurlu" dəyərləndirməsini şərh edən teleaparıcı beynəlxalq qurumun işlətdiyi termini lazım olduğundan xeyli yumşaq adlandırıb.

Teleaparıcı amerikalı tamaşaçılara Əliyevlər ailəsinin artıq on illərdir Azərbaycanı idarə etdiyini söyləyib. “Orada Azərbaycanda həqiqi seçki keçirilmir. Ən qiyaməti odur ki, biz (ABŞ) - demokratiyanın qoruyucuları Azərbaycan hökumətini sevirik,” deyə teleaparıcı ABŞ-ın Əliyev hökuməti ilə isti münasibətlərini tənqid edib. Jurnalist buna əsas səbəb kimi Azərbaycan hökumətinin təhlükəsizlik və enerji sahələrində ABŞ-la sıx əməkdaşlığını göstərib və bu üzdən də rəsmi Vaşinqtonun Azərbaycanda seçki saxtakarlıqlarına göz yumduğunu qeyd edib.

“Sən demə, Azərbaycan Korrupsiya İndeksinə görə 183 ölkə arasında 143-cü yeri tutur. İlahi, gör indi yerdə qalan 40 ölkə nə gündədir,” deyə Cenk Uyğur fikrini tamamlayıb.

Show comments

XS
SM
MD
LG