Accessibility links

Cennifer Lorens 85-ci Oskar mükafatlarının təqdimatı mərasimində ən yaxşı aktrisa kateqoriyasında qalib olduqdan sonra yeni zirvəyə qalxır. Yəqin ki siz onun səhnədə yıxılmasını görmüsünüz.

Cennifer mükafatı almaq üçün səhnəyə qalxan zaman ayağı donunun ətəyinə ilişir və qalib aktrisa pillələrin üzərinə yıxılır. Amma sonra özü ayağa qalxır.

Lorens ayağa qalxar-qalxmaz səhnə yoldaşları onu alqışlayır. Əlbətdə onun belə bir anda yıxılması hamıda təəssüf hissi doğurdu.

Biz əminik ki, “Silver Linings Playbook” filminin ulduzu bu mükafata da kimsənin köməyi olmadan nail olub. Aktrisa bu mükafat uğrunda Cessika Çasteyn və Naomi Vatts kimi Hollivudun nəhəng ulduzları ilə rəqabət aparmalı idi.

Bəli Cennifer Lorens pillələrdə yıxıla bilər, amma onun karyerasda yaxın zamanda yıxılacağı gözlənilmir.
XS
SM
MD
LG