Accessibility links

Xatırlayırsınızsa Cennifer Lorens AskMen.com veb səhifəsində 2013-cü ildə arzulanan qadınlar arasında birinci yerdə idi. Görünür bu il vəziyyət dəyişib.
Ona görə ki, 2014-cü il girər-girməz Cennifer Lorens dördüncü yerə enib. Görəsən bu,12 ay ərzində nə baş verib?

Tronların Oyunu filminin ulduzu Emilia Klark füsünkar gözəlliyi və möhtəşəm ifası ilə tamaşaçıların qəlbini ovsunladıqdan sonra Cennifer Lorensi birinci sırada əvəzləyib.

Emilia Klark Cennifer Lorensdən başqa Emma Vatson, Keyt Apton, hətta sarışın gözəl Marqot Robbini də geridə qoyub.Ötən ilin ikinci ən arzulanan qadını Mila Kunis siyahıda lap axırıncı 26-cı yerə enib. Amma bu, avstraliyalı model Miranda Kerrlə müqayisədə o qədər də pis deyil. Belə ki, 2013-cü ildə altıncı olan Miranda Kerr bu il 46-cı yerdədir. Belə...2014-cü il görünür gözəllər üçün asan il olmayacaq.
XS
SM
MD
LG