Accessibility links

Ben Afflek və Cennifer Qarner mübahisə edib


Ben Afflek və Cennifer Qarner haqda xəbərlər yenə də başlıqlara çıxıb.

Ulduzlar Los Ancelesdə qonşuları ilə birgə keçirdikləri şənlikdə biri-biri ilə mübahisə edən mərasimdə olan insanlar Cenniferin telefonuna baxdıqdan sonra daha da qəzəblənib.

Bəlkə o Affleksin keçmiş sevgilisi Cennifer Lopezlə münasibətlərinin yaxınlaşması barədə yayılan söhbətdən xəbərdar olub. Amma məsələdən tam agah olmadığımıza görə bizə sadəcə şaiyələr qalır.

Ben epik Ədalət Liqası filmi üzərində işləyir. Və deyilənə görə o və Qarner münasibətləri üzərində ciddi işləyir. Cütlük on ilk evlilikdən sonra 2015-ci ilin iyununda boşanacaqlarını elan edib. Lakin onlar hələ də sənədləri toplayaraq məhkəmə prosesinə başlamayıblar.

O zamanlar Benin uşaqlarının dayəsi ilə gizlin görüşdüyü deyilirdi. Amma bu məlumat təsdiqlənməmişdir.

Ən azından Afflekslə Qarneri hələ də bərabər görmək yaxşı əlamətdir.

XS
SM
MD
LG