Accessibility links

Cennifer Lopez Bakıda çıxış edib (video)


Müğənni öz şou və rəqs qrupu ilə çıxış edib. O, populyar mahnılarını ifa edib

Sentyabrın 23-də tanınmış amerikalı müğənni və aktrisa Cennifer Lopez Bakıda Crystal Hall konsert kompleksində çıxış edib.

Turan agentliyinin məlumatına görə, konsertin birinci hissəsi Emin Ağalarova ayrılıb. O, özünün bir sıra mahnısını ifa edib.

C.Lopez öz şou və rəqs qrupu ilə çıxış edib. O, populyar mahnılarını ifa edib. Vaxtaşırı zala müraciət edərək rəqqaslarını dəstəkləməyə çağırıb.

APA agentliyi isə Cennifer Lopezin rəsmi “Twitter” səhifəsinə istinadən bildirir ki, o Azərbaycana və tamaşaçılara minnətdarlıq ünvanlayıb. “Konsertdə iştirakına görə Emin Ağalarova təşəkkür edirəm. Bakıya, möcüzə dolu gecəyə görə təşəkkür edirəm. Bakıda hər kəs məni çox isti qarşıladı. Növbəti dayanacağımız Belarusdur”.

Agentlik bildirir ki, müğənninin Bakı konsertinin təşkilatçılığını “Universal Music Group”un Bakıdakı rəsmi nümayəndəliyi “Omnikomo Music Group” həyata keçirib.

Öz növbəsində Turan agentliyi yazır ki, təşkilatçılar Bakıda ikigünlük çıxışına görə xanım Lopezə nə qədər qonorarın verildiyini açıqlamır. Lakin bir neçə il əvvəl o, Antalyada milyonçu Telman İsmayılovun ad günündə 1 mln. dollara iki mahnı oxuyub.
XS
SM
MD
LG