Accessibility links

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Bakıda Cənub dəhlizini müzakirə edib


Prezident İlham Əliyevin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə görüşü
Prezident İlham Əliyevin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerlə görüşü

Günter Ottinger Bakıdan Türkmənistana yola düşüb

Sentyabrın 2-də prezident İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, “Cənub” dəhlizi və Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Avropa İttifaqının Bakı nümayəndəliyinin səfər öncəsi yaydığı məlumata görə, cənab Ottingerin səfəri Cənub nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi yolunda bir addımdır, bu, Azərbaycan və Avropa İttifaqı prezidentlərinin 2011-ci ildə imzaladıqları birgə bəyannamədə əks olunub. O vaxtdan etibarən layihənin həyata keçirilməsində böyük irəliləyiş əldə olunub ki, bu da qaz alqı-satqısı və TANAP qaz kəmərinin tikintisi haqqında Azərbaycan-Türkiyə sazişinin imzalanmasında özünü göstərib.
“Bütün bunlar Azərbaycanın Avropalı istehlakçılara qaz ixrac edilməsi öhdəliklərinə sadiq olduğunu göstərir”, deyə Avropa İttifaqının Bakı ofisinin rəhbəri Rolan Kobia bildirib.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Bakıdan Türkmənistana yola düşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG