Accessibility links

Cənub vətəndaş hüquqları hərəkatından 50 il sonra


Cənub vətəndaş hüquqları hərəkatından 50 il sonra
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Cənub vətəndaş hüquqları hərəkatından 50 il sonra

ABŞ-ın 1960-cı illərdə irqçilik zəminində zorakılıqlar və ayrı-seçkiliklərin hökm sürdüyü cənub ştatlarında indi hər yerdə olduğundan daha artıq zənci yaşayır.

Alabamanın Börminqham şəhərində vəziyyət indi başqadır. Qaralar və ağlar beysbol komandalarında birgə oynayır. 50 il bundan əvvəl bunu təsəvvürə belə gətirmək mümkün deyildi.

1960-cı illərdə vətəndaş və səsvermə hüquqlarına dair qanunun qüvvəyə minməsindən sonra cənubun qapıları mer Uliyam Bell və daha 800 seçilmiş rəsminin üzünə açılır.

Bell ayrı-seçkilik qurbanı olan milyonlarla insana təşəkkürünü bildirir. "İrqçiliyin beli bu şəhərdə qırılıbsa, bu, başqa yerlərdə də mümkündür. Bu, ağ və qara, katolik, baptist, müsəlman və yəhudini birləşdirib. Onlar birgə bu bəlaya qarşı çıxmalı, birgə Börminqhami dəyişməlidir."

Mississippi ştatında vətəndaş hüquqları hərəkatından ilham alan Flonzi Braunrayt öz siyasi karyerasını qurub. " 1968-ci ildə ilk qaradərili qadın kimi Madison vilayətinə nümayəndə seçildim."

Milton Anderson inteqrasiya edən cənubun daha bir yetirməsidir." 1963-1964 illərdə mənim kimi sadə bir ailədən olan insanın kollec prezidenti olacağını ağla gətirmək mümkün deyildi."

Börminqham şəhərinin meri Bell şəhərin iqtisadi inkişafına çalışır. O, eyni zamanda irqlərarası münasibətlərin yaxşılaşdırılması və şəhər sakinlərinin bərabər imkanlardan bəhrələnməsi səylərini davam etdirir. "Kimliyindən, həyat tərzindən asılı olmayaraq, hər kəs vətəndaş hüquqları uğrunda mübarizəyə vətən olan bu şəhərdə bərabər imkana malik olmalıdır. Hər şey əladır? Xeyr. Lakin əvvəlki illərlə müqayisədə qat-qat yaxşıdır. Gələcək nəsillərin imkanı qat-qat yüksəkdir."

Ceff Drü Börminqhamda sığorta şirkətinin sahibidir. Onun dediyinə görə, afroamerikalılar 50 il əvvəl yuxularında belə görə bilmədikləri imkanlar əldə edib. "İndi ağlar və qaralar bərabər çalışır. Sosial fəaliyyətlərdə birgə iştirak edirlər. İrqlərarası əlarələr 50 il öncəsi ilə müqayisədə çox yaxşılaşıb.”

Anlanta şəhərinin meri Kasim Reed bu şəhərin ABŞ-da Afrikalı amerikalıların sıx yaşadığı ikinci şəhər olduğunu deyir. " Atlanta metropoliten ərazisi qaralar üçün ən dinamik bögədir. Çünki burada istedad və ləyaqətə qiymət verilir."

Martin Lüter Kinqin sosial və iqtisadi arzuları cənub ştatlarında reallığa çevrilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG