Accessibility links

Cənubi afrikalı qadın boksçular [Video]


Cənubi afrikalı qadın boksçular
please wait

No media source currently available

0:00 0:02:11 0:00

Cənubi afrikalı qadın boksçular

Cənubi Afrika qadınlara professional boksçu olmağa icazə verməyə başladığı son on ildə sadəcə bir neçə qadın professional boksçu olub. Qadın döyüşçülər istedad baxımından geri qalmasalar da, imkanlar əldə etmək və tanınmaqda çətinlik çəkirlər. Ən əsası isə onlar boksdan getmək üçün yüksək dərəcədə təzyiqlə üzləşirlər. Bu il Beynəlxalq Qadınlar Günün mövzusu da “iş yerində bərabərlik” uğrunda mübarizədir. Bayram Cənubi Afrikada #beboldforchange, yəni “dəyişiklik üçün cəsarətli ol” heşteqi ilə qeyd olunur.

Selina Mabunda Cənubi Afrikanın az sayda professional qadın boksçularından biridir.

Mən məşqi bitirəndən sonra onun mənə dediklərinə inanmayacaqsınız. O mənə “İlk öncə övladın olmalıdır” dedi. O çox qorxudu ki, belə məşqlər edərək mən övlad sahibi ola bilməyəcəm.
Selina Mabunda

“Qorxular var, yumruqlardan qorxursan. Amma sənə bir yumruq dəyəndən sonra, oyunun başladığını və döyüşməli olduğunu anlayırsan.”

Onun tanınmaq istəyi uzun bir mübarizəyə çevrilib. Bu mübarizə əsasən də onun anası ilə olub. Anası bir dəfə Yohannesburqda yerləşən Hillbrou Boks Klubunda qızının məşqini izləyib.

“Mən məşqi bitirəndən sonra onun mənə dediklərinə inanmayacaqsınız. O mənə “İlk öncə övladın olmalıdır” dedi. O çox qorxudu ki, belə məşqlər edərək mən övlad sahibi ola bilməyəcəm.”

İdman zalı əsasən kişilərin çox olduğu yer olsa da, orada bir sıra profesional və həvəskar qadın döyüşçülər də məşq edir.

“Mən qadınlara təlim keçməyi sevirəm, çünki onlar tez öyrənirlər.”

Ancaq qadınlar deyir ki, bir tək bacarığın olması yetərli deyil. Makosi Quabe deyir ki, ona professional boskçu olmaması üçün təzyiqlər olunub. Buna görə də, məşqçi olmağı seçib.

“Anam mənim boksla məşğul olmağımı sevmirdi və atamdan xahiş etmişdi ki, o, mənim boksdan getməyimi tələb etsin. Onların boksdan xoşu gəlmir. Mən isə boksu çox sevirəm, anam istəmədiyi üçün isə professional boksdan ayrılıb, məşqçi oldum.”

Bu yaxınlarda Cənubi Afrikanın idman naziri qadın boksçular üçün imkanları artıracağınıa söz versı də, bu idman növündə kifayət qədər qadın iştirak etmir. Hətta bu idman zalında belə qadın döyüşçülər kişi döyüşçülərlə məşq etməli olurlar.

“Bəzən bir yerdə turnirin olduğunu eşidirik, amma həmin turnirdə bir dənə belə qadın döyüşçü olmur. Hamısı kişi olur,” Selina Mabunda bildirir.

Bu yaxınlarda Selina professional boskşu olmaq üçün tələb olunan testləri keçsə də, yaxın gələcəkdə heç bir döyüşdə iştirak edə bilməyəcək.

Amma iştirak etdiyində də o, rəqibini nokaut etmək istəyir.

XS
SM
MD
LG