Accessibility links

ABŞ-ın Cənubi Karolina ştatının qanunvericiləri əlli ildən artıqdır ştatın Konqres binası üzərində müxtəlif yerlərdə asılmış vətəndaş müharibəsi dövrünün Konfederasiya bayrağının taleyi ilə bağlı müzakirələrə başlayır.

Ştatın Senatı bazar ertəsi günü bayrağın yığışdırlıması ilə bağlı qubernator Nikki Haleyin təklifinə baxacaq.

Təklif keçən ay Konfederasiya bayrağı ilə şəkli yayılmış irqçi gəncin Çarlston kilsəsində doqquz afro-amerikalını qətlə yetirməsindən sonra ictimai etirazların nəticəsi olaraq irəli sürülüb.

Yüzlərlə insan bir neçə həftə ərzində nümayişlər keçirərək, qanunvericiləri irqçilik və quldarlıq rəmzi adlandırdıqları Konfederasiya bayrağının ictimai yerlərdə istifadəsinə son qoymağa çağırıb. Ştatda xeyli sayda insanın eyni təşəbbüslə bir neçə il ərzində çıxış etməsinə baxmayaraq, ictimaiyyət arasında bu təşəbbüsə qarşı çıxanların sayı da az deyildi.

Numayəndələr palatasında bayraqla bağlı müzakirələrə start vermək üçün hər iki partiyanın üzvlərinin təklif etdiyi qanun layihəsi Cənubi Karolina ştatının Senatı tərəfindən təsdiq edilməlidir.

XS
SM
MD
LG