Accessibility links

Siyasi fəallar Şimali Koreyaya vərəqələr göndərir


Şimali Koreya Azadlıq Mübarizləri təşkilatının üzvləri hava şarlarını Qanqşa adasından göyə buraxıb.

Cənubi Koreyalı fəallar Seulun xəbərdarlığına və Pxenyanın cavab tədbirləri görəcəyinə dair hədələrinə baxmayaraq, minlərlə vərəqəni hava şarları vasitəsilə sərhədin o biri tayına, şimala göndərir.

Şimali Koreya Azadlıq Mübarizləri təşkilatının üzvləri hava şarlarını bazar ertəsi paytaxt Seulun qərbində yerləşən Qanqşa adasından göyə buraxıb. Bu hadisə Cənubi Koreya polisinin onların hava şarlarını buraxmaq üçün nəzərdə tutduqları yerə getməsinin qarşısını aldıqdan yeddi saat sonra baş verib.

Bu arada ABŞ-ın Şimali Koreya üzrə xüsusi elçisi Glyn Davies Pxenyanın şar buraxılışına artilleriya ilə cavab vermək hədəsini pisləyib.

Şimali Koyreanın Qərb Komandanlığı cümə günü vərəqələr yayıldığı halda cənubu "amansız zərbə" ilə hədələyib.
XS
SM
MD
LG