Accessibility links

Cənubi Koreyada prezidentin impiçmentindən sonra nümayişlər davam edir


Cənubi Koreyada prezidentin impiçmentindən sonra nümayişlər davam etməkdədir. Sabiq prezident Pak Kın-He isə sükutunu saxlamaqdadır.

Cənubi Koreyanın Konstitusiya məhkəməsi dünən prezident Pak Kın-Henin impiçment qərarını qüvvədə saxlayıb.

Konstitusiyaya görə yeni prezidentin seçkisi 60 gün ərzində keçirilməlidir.

Rəy sorğuları göstərir ki, yeni prezidentin seçilməsi Cənubi Koreyanın siyasi oriyentasiyasını dəyişə bilər.

Prezidentin impiçmenti barədə qərara Konstitusiya Məhkəməsinin 8 hakimi yekdilliklə səs verib.

Korrupsiya hallarının Samsung kimi şirkətləri, habelə dünyada üçüncü olan Cənubi Koreya pensiya fondu və universitetlərə qəbulla bağlı olduğu bildirilirdi.

Təhlilçilər impiçmentin bütün region üçün mürəkkəb vaxtda baş verdiyini bildirir. Şimali Koreyanın nüvə sınaqları ilə əlaqədar onun “cəzalandırılması” məqsədilə Amerikanın THAAD antiraket batareyasının Şimali Koreyada yerləşdirilməsi qərarı Çinin etirazlarına səbəb olub.

Dünya agentlikləri bildirirlər ki, impiçmentə səbəb olan qalmaqal hətta Cənubi Koreyanın təlatümlü demokratiya tarixində də misilsizdir.

Pakın on minlərlə tərəfdarı və opponentləri məhkəmə qarşısına toplaşaraq, nümayişlər təşkil edib. 21 min polis qüvəsi qarşıdurmalara cəlb edilib. Ərazidə nəqliyyatın hərəkətinə maneələr törədilib. Qarşıdurmalar zamanı 3 nəfər həyatını itirib.

Son rəy sorğularına görə, ölkə əhalisinin 79 faizi Pakın impiçmentinə dəstək nümayiş etdirib.

XS
SM
MD
LG