Accessibility links

Cənubi Koreyanın istefaya göndərilən prezidenti Pak Qın-he məhkəməyə çağırılıb


Çərşənbə günü cənubi koreyalı prokurorlar gələn ay istefaya göndərilən prezident Pak Qın-heni onun vəzifədən azad edilməsinə gətirib çıxaran korrupsiya qalmaqalı ilə bağlı dinləndirməyi planlaşdırdıqlarını bildiriblər.

Pak Mavi Ev adlanan prezident sarayını bazar günü, Konstitusiya Məhkəməsi parlamentin Pakı korrupsiya qalmaqalı səbəbilə vəzifəsindən azad edilməsinə dair qərarını qüvvədə saxlayandan iki gun sonra tərk edib.

O, uzun illərdir rəfiqəsi olmuş Çoy Sunsillə əlbir olaraq, bir neçə şirkətin iki şübhəli fonda 70 milyon dollar ianə etməsi qarşılığında təəssübkeşlikdə ittiham edilir.

Bu işlə əlaqəli olaraq, Samsung şirkətinin varisi Li Ce-yonq daxil olmaqla, bir neçə digər yüksək səviyyəli fiqurlara qarşı da itithamlar irəli sürülüb.

Konstitusiya Məhkəməsinin qərarına əsasən, Pakın toxunulmazlığı da ləğv edilib.

Çərşənbə günü daxili işlər naziri Honq Yun-sik növbəti prezident seçkisinin mayın 9-da keçiriləcəyini elan edib.

2012-ci il seçkisində Pakın rəqibi olmuş müxalifət lideri Mun Ce-in rəy sorğularında öndə gedir.

Çərşənbə günü, aparıcı mühafizəkar namizəd, hazırda prezidentlik vəzifəsini icra edən Huanq Kyo-an isə namizədliyini irəli sürməyəcəyini elan edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG