Accessibility links

Cənubi Koreya uzun-mənzilli raket arsenalını Avropada istehsal edilmiş silahlarla təkmilləşdirmək qərarına gəlib. Ancaq ABŞ-ın oxşar texnologiyasını Cənubi Koreyaya satışını Pentaqon təsdiq etməmişdi.

Bugün Seulun dövlət agentliyi bildirib ki, rəsmilər Alman-İsveç Taurus Sistemləri tərəfindən istehsal edilən hava raketlərini almaq planını təsdiq edib.
Yonhap xəbərlər agentliyinin məlumatına görə raketlərin sayı və təklif olunan qiymət təsdiq edilməyib.

Rəsmi Seul Amerikanın Lockheed Martin şirkətinin istehsal etdiyi Birgə Hava-Quru Standoff raketləri haqqında maraqlandığını dilə gətirib. Bu raketlər strateji silah olduğu üçün Amerikanın Müdafiə Nazirliyi onların satışını təsdiq etməyib.

Şimali Koreyanın F-15K qırıcı təyyarələri tərəfindən istifadə olunacaq GPS-lə idarə olunan bu raketlər 500 km məsafəni vurmaq qabiliyyətinə malikdir. Onun döyüş başlıqları 6 metr qalınlığında sıxılmış betonu dağıtmaq gücünə malikdir.

Cənubi Koreya raket arsenalının vurma qabiliyyətini qonşusu Şimali Koreyadan qorunmaq üçün artırdığını bildirir.
XS
SM
MD
LG