Accessibility links

Cənubi Koreya Şimali Koreyanın bu yaxınlarda həyata keçirdiyi nüvə və raket sınaqlarına cavab olaraq bu ölkə ilə birgə işlətdiyi sənaye kompleksinin fəaliyyətini dayandırdığını bəyan edib.

Yunifikasiya naziri Honq Yonq-Pyu bu gün müxbirlərlə söhbəti zamanı deyib ki, Seul Pxenyanın "Keson" sənaye kompleksindən gələn gəlirləri nüvə silahı və ballistik raket proqramlarının inkişafı üçün istifadə etməsinə imkan verməyəcək.

Cənab Honq deyib ki, Şimali Koreya sərhəddinin 10 km-liyində yerləşən "Keson" sənaye obyektinin fəaliyyətinin dayandırılması barədə məlumatlandırılıb. Cənubi Koreyanın sənaye kompleksində işləyən bütün menecerlərini geri çağırıldığı bildirilib.

Sənyae obyekti ilk dəfə sərhəd boyu barışıq və əməkdaşlıq simvolu kimi 2004-cü ildə açılıb. Cənubi Koreyanın 124-ə qədər şirkətinin idarə etdiyi "Keson"da 53 mindən çox şimali koreyalı işləyir.

XS
SM
MD
LG