Accessibility links

Cənubi Koreyanın polis və ordu rəsmilərinin verdiyi məlumata görə, ölkənin mərkəz bölgəsində ABŞ vertolyotunun qəzaya uğraması nəticəsində pilot və digər ekipaj üzvü həlak olub.

Vertolyot Qanqvon vilayətinin Vonju şəhərində qəzaya uğrayıb.

ABŞ-ın Cənubi Koreyada olan 28 min 500 nəfərlik hərbi personalı ölkənin Şimali Koreyadan müdafiəsinə yardım edir. Şimali və Cənubi Koreya 1950-53-cü il müharibəsindən sonra atəşkəsə imza atsalar da, texniki olaraq müharibə şəraitindədir.

Bu gün Cənubi Koreya ordusu Pxenyanın atəş açacağına dair təhdidlərinə məhəl qoymayaraq Şimali Koreya ilə sərhəddə mübahisəli adada canlı müharibə təlimləri keçirib.

XS
SM
MD
LG