Accessibility links

Cənubi Koreya Şimali Koreyanı şərq sahillərində qısaməsafəli raket sınağı keçirməkdə ittiham edir.

Prezident Park Qeun-hi Pxenyanın bu addımını tənqid edib.

O bildirib ki, hökumət dünya liderləri ilə əməkdaşlıq edərək Şimali Koreyanın nüvə proqramını inkişaf etdirməsinin və Şimali Koreya xalqının insan haqları və azadlığının qarşısnı alan tiran rejimini dayandırmalıdır.

Cənubi Koreya müdafiə naziri bildirib ki, onlar hələ də raketlərin sayını və sınağın səbəblərini araşdırmağa çalışırlar.

Şimali Koreyanın bu addımı BMT-nin Təhlükəsizlik Şurasına cavab ola bilər. Təşkilat Pxenyana bu yaxınlarda həyata keçirdiyi nüvə və uzunməsafəli raket sınağına görə sanksiyalar tətbiqinə qərar vermişdi.

XS
SM
MD
LG