Accessibility links

Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti aclıqla üzləşən Cənubi Sudana hava vasitəsilə yemək yardımı çatdırır.

Havadan yeməyin çatdırılması münaqişə səbəbilə didərgin düşən minlərlə insana yardım etməyin yeganə yoludur.

Qırmızı Xaç didərgin düşən və onlara yardım edən icmalara tonlarla yardım çatdırıb. Minlərlə insan bir araya toplaşıb, yeməyin çatdırılmasını gözləyir.

Yemək sadəcə bir aylıq yetər. Onların daha da çox yardıma ehtyacları var, ona görə də Maarda biz onları təkcə yemək deyil, həm də toxum və alətlərlə təmin edirik ki, onlar gələn mövsüm özləri əkib becərə bilsinlər.

Sakinlər Associated Press xəbər agentliyinə bildirib ki, hətta pulu olan insanalar belə yemək ala bilmirlər, çünki marketlərdə yemək heç yoxdur.

Qırmızı Xaç nümayəndəsi Xurşud Musoyatov deyir ki, hava yardımı regiondakı insanlar üçün yetərli deyil.

“Yemək sadəcə bir aylıq yetər. Onların daha da çox yardıma ehtyacları var, ona görə də Maarda biz onları təkcə yemək deyil, həm də toxum və alətlərlə təmin edirik ki, onlar gələn mövsüm özləri əkib becərə bilsinlər."

Bu yaxınlarda Cənubi Sudanının Birlik ştatında yerləşən Mayendit kəndində aclıq elan edilib. Bu, ölkədə üç ildir davam edən vətəndaş müharibəsinin yaratdığı ən son böhrandır. Təxminən 100 min insanın risk altında olduğu bildirilir.

Beynəlxalq yardım agentlikləri bildirir ki, 5 milyon insan, yəni ölkə əhalisinin 40 faizinin təcili yardıma ehiyacı var.

XS
SM
MD
LG