Accessibility links

Birləşmiş Millətlər Təşkilatı sabiq vitse-prezidenti Riek Maçara sadiq minlərlə silahlı gəncin Cənubi Sudan şəhərinə hücuma hazırlaşmasına narahatdır.

BMT-nin Cənubi Sudan missiyasını sözçüsü deyib ki, BMT-nin kəşfiyyat missiyası mərkəzi Bor şəhərindən 50 kilometr şimal-şərqdə bir qrup silahlı gənc müəyyən edib. Ancaq sözçü BMT rəsmilərinin qrupa nə qədər adamın daxil olduğunu müəyyən edə bilmədiyini deyib.

Cənubi Sudan hökuməti iddia edir ki, Maçarı dəstəkləyən "Ağ Ordu" adlı qüvvələrin təxminən 25 mini şəhərə hücum etməyə hazırlaşır. Hökumət qüvvələri şəhərə nəzarəti keçən həftə ələ keçirmişdi. Bu gənclər Maçar kimi Nuer etnik qrupuna daxildir. Prezident Salva Kiir və ona sadiq qüvvələr isə Dinka etnik qrupunun üzvləridir.
XS
SM
MD
LG