Accessibility links

Bakıda güneyli fəalları müdafiə aksiyası keçirilib


Bakıda Cənubi Azərbaycan milli fəallarına dəstək aksiyası (Foto musavat.com saytından götürülüb)

Bakıda Cənubi Azərbaycan milli fəallarına dəstək aksiyası (Foto musavat.com saytından götürülüb)

Aksiyada onlarla gənc iştirak edib

Mayın 2-də Milliyyətçi gənclər, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və BAO (Bütöv Azərbaycan Ocaqları) gənclər təşkilatları Cənubi Azərbaycanda (İran Azərbaycanı-red) həbs olunan və aclıq edən soydaşlarla bağlı aksiya keçirib. Aksiyada müsavatçı gənclər də iştirak edib.

Musavat.com saytının məlumatına görə, aksiya zamanı insident yaşansa da, gənclərdən saxlanılanlar olmayıb.

Aksiyada 50 nəfərə yaxın gənc iştirak edib. "Səid Yürüş qəhrəman, yaşasın Bütöv Azərbaycan!", "Rus, fars, erməni, bunlar türkün düşməni!", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!" kimi şüarlar səsləndirilib.

Aksiya zamanı polislə iştirakçılar arasında qısamüddətli insident yaşanıb. Polislər gənclərin əlindəki plakatları alıb, cırıb. Aksiya iştirakçıları "siyasi məhbuslara azadlıq!" şüarları da səsləndirib.
XS
SM
MD
LG