Accessibility links

Tbilisidə Cənubi Qafqaz liberal qüvvələrinin görüşü başlayıb.


Azərbayca, Ermənistan və gürcüstanın bayraqları

Azərbayca, Ermənistan və gürcüstanın bayraqları

Görüşdə Azərbaycanı Müsavat Partiyası, Gürcüstanı Respublika Partiyası, Ermənistanı Erməni Ümummilli Hərəkatı təmsil edir

Oktyabrın 29-da Gürcüstanın paytaxtı Tbilisidə Cənubi Qafqaz ölkələri liberal qüvvələri liderlərinin ikigünlük görüşü açılıb. Görüşdə Azərbaycanı Müsavat Partiyasının, Gürcüstanı Respublika Partiyasının, Ermənistanı isə Erməni Ümummilli Hərəkatının nümayəndələri təmsil edir.

Turan agentliyinin məlumatına görə, bu cür görüşlər birinci il deyil ki keçirilir və məsləhət xarakteri daşıyır.

Bir qayda olaraq tərəflər regionda liberal dəyərlərin reallaşması, regional əməkdaşlıq və mövcud problemlərin həlli yollarının axtarışı üçün birgə fəaliyyətə çağırış edir.
XS
SM
MD
LG