Accessibility links

2016-cı ildə Cənubi Qafqaz Silahlı Qüvvələrində 24 hərbçi dünyasını dəyişib


“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu
“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu

2016-cı ildə (martın 25-dək) Azərbaycan, Gürcüstan və Ermənistanın təhlükəsizlik və müdafiə sektoru ümumilikdə 24 hərbi qulluqçusunu itirib. Onların 8-i atəşkəs pozuntusu, 16-sı qeyri-döyüş itkiləridir. Bu barədə Xəzər” Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies Institute – CDSI) Azərbaycan, Gürcüstan və Ermənistan KİV-də yayılmış məlumatlara istinadən məlumat yayıb.

Məlumata görə, Azərbaycanın 2016-cı ildə 8 hərbi qulluqçusu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 4-ü döyüş, 4-ü isə qeyri-döyüş itkisidir.

“Dünyasını dəyişənlərin 7-si Müdafiə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları olub. Ötən dövrdə ümumilikdə 6 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). 4 hərbçi (MN) erməni tərəfinin gülləsindən yaralanıb, bundan başqa bir hərbçi (MN) avtoqəza nəticəsində xəsarət alıb, bir nəfərsə (DTX) təlim zamanı qumbara partlaması nəticəsində xəsarət alıb”, CDSI bildirir .

2016-cı ilin ötən dövründə Ermənistan Silahlı Qüvvələrinin 14 hərbi qulluqçusu dünyasını dəyişib.

“4 nəfər Azərbaycan tərəfinin atəşindən, 4 nəfər avtomobil qəzasından dünyasını dəyişib. Bundan başqa 5 nəfər intihar edib, 1 nəfər əsgər yoldaşı tərəfindən qətlə yetirilib, Dünyasını dəyişənlərin 3-ü müqaviləli əsgər, 1-i çavuş, 10 nəfəri müddətli xidmət hərbi qulluqçu olub. Ölənlərin hamısı Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuları olub. Hadisənin 8-i Dağlıq Qarabağ ərazisində, 6-ı Ermənistan ərazisində baş verib”.

Ötən dövrdə Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu avtomobil qəzasında xəsarət alıb.

Müvafiq dövrdə Gürcüstan ordusunun iki hərbi qulluqçusu dünyasını dəyişib.

“Onlardan biri H1N1 virusundan, digəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Onların hər ikisi Müdafiə Nazirliyinin hərbi qulluqçuları olub”, məlumatda qeyd edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG