Accessibility links

Çernobıl atom-elektrik stansiyasında baş verən ən böyük nüvə qəzasından 25 il keçir

  • Nərminə Cəlalqızı

Çernobıl atom-elektrik stansiyasında baş verən ən böyük nüvə qəzasından 25 il keçir

Çernobıl atom-elektrik stansiyasında baş verən ən böyük nüvə qəzasından 25 il keçir

1986-cı il aprelin 26-da Çernobılda nüvə reaktorunun partlaması nəticəsində şualanma Şimali və Mərkəzi Avropanın bir çox bölgələrinə yayıldı

Ukraynanın Çernobıl atom-elektrik stansiyasında baş verən dünyanın ən böyük nüvə qəzasından 25 il keçir. 1986-cı il aprel ayının 26-da Çernobılda nüvə reaktorunun partlaması nəticəsində şualanma Şimali və Mərkəzi Avropanın bir çox bölgələrinə yayıldı.

Ukraynanın Pripyat şəhəri ölü şəhərdir. Evlər, məktəb sinifləri, uşaqların oyun meydançaları və digər yerləri ot və mamır basıb. Vaxtilə Pripyatın 50 000 sakini var idi. Təəssüflər olsun ki, onlar buranı həmişəlik tərk etdilər.

1986-cı il aprelin 26-da Çernobılın dördüncü reaktorunda soyuducu system sınaqdan keçirilərkən yüksək təzyiq partlayışa səbəb oldu və stansiyanın damını sıradan çıxardı. Şüa insanlar yatarkən Çernobılın şimalındakı Pripyata yayıldı.

Nüvə yanacağı və qrafit olan 4-cü reaktorda yanğın baş verdi. Yanğını söndürmək üçün vertolyotlarla reaktorun damına qum və digər maddələr tökülməsinə baxmayaraq, bir neçə gün ərzində reactor tamamilə yandı. Külək radioaktiv şüanı Ukrayna, Rusiya və Belarus ərazilərinə, Skandinaviya və Britaniya da daxil edilməklə, Avropanın bəzi bölgələrinə yaydı. Qəzadan bir gün yarım sonra Pripyat sakinlərinin evakuasiyasına göstəriş verildi. İnsanlara şəhəri yalnız bir neçə gün tərk edəcəkləri deyilsə də bu şəhərə bir daha dönən olmadı. Radiasiyanın yüksək səviyyədə yayılmasına baxmayaraq, Sovet rəsmiləri əvvəlcə xalqa Çerniobılda kiçik bir qəzanın baş verdiyini dedilər. İnsanların çoxu liderlərinin onlara yalnız bildikləri qədərini çatdırdıqlarına inanırdılar. Lakin radiasiyanın səviyyəsi elə yüksək idi ki, artıq yüzlərlə km məsafəyə, digər ölkələrə belə yayılmışdı və bu Sovet hökumətini Çernobıl qəzasının ciddiliyini qəbul etməyə məcbur etdi.

Bundan sonra təmizləmə işlərinə yardım üçün minlələ insan Çernobıla göndərildi. Yüksək radiasiya şəraitində çalışan insanların çoxu xəstələndi. Sovet hökuməti Atom Elektrik stansiyasında baş verən partlayış zamanı yalnız 31 nfərəin öldüyünü elan etdi. Dünya Səhiyyə Təşkilatı isə stansiyada təmizləmə işləri apararkən 2200 nəfərin öldüyünü təxmin etdiyini bildirmişdi. Bundan az sonra isə təşkilat radiasiya səbəbindən ölənlərin sayının 4 000-ə qədər olduğunu bildirdi.

Pripyatı blokadaya almqla, Çernobılın 30 km-lik əhatəsində yaşayış qadağan edildi. Bütün bunlara baxmayaraq elektrik stansiyasındakı generator işləməkdə davam edirdi və 2000-ci ilin dekabrında stansiyanin işi tamamilə dayandırıldı.

XS
SM
MD
LG