Accessibility links

Ukraynanın Slavuteç şəhərinin sakinləri Çernobl nüvə obyektində baş vermiş partlayışın 26-ci ildönümünü şam yandırmaqla yad ediblər. Keşiş reaktorun partlaması və radiasiyanın yayılması nəticəsində minlərlə insanın həyatına son qoymuş yerdən 50 kilometr məsafədə, şəhər meydanında dünən gecə keçirilən mərasimə başçılıq edib. Partlayışdan sağ qalanlar və qurbanların ailə üzvləri də daxil olmaqla şəhər sakinləri 1986-cı il, aprel ayının 26-sı baş vermiş və tarixdə ən dəhşətli nüvə qəzasının qurbanlarının şəkillərini əks etdirən xatirə abidəsinin önünə şam qoymazdan əvvəl dua edib, mahnılar oxuyublar. Çernobldakı bütün reaktorlar 2000-ci ilin dekabr ayında istifadədən çıxarılıb. Radiasiya sızmalarının qarşısını almaq üçün yeni strukturun inşasına başlanılıb..

XS
SM
MD
LG