Accessibility links

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Çernoqoriyada jurnalistə edilən hücumu pisləyib. Gündəlik Viyesti qəzetinin müxbiri Olivera Lakiçin dünən gecə evinin yaxınlığında naməlum şəxslər tərəfindən döyülmüş və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılmışdır. Bu gün açıqladığı bəyanatda ATƏT nümayəndəsi Dunya Miyatoviç dünən Viyesti qəzetinin müxbirinə edilən hücumun yeganə belə insident olmadığını və bölgədə tütünlə əlaqədar reportajlar hazırladıqları üçün həmin qəzetin digər müxbirlərinin də hücumlara məruz qaldıqlarıni bildirib.





XS
SM
MD
LG