Accessibility links

Corc Buş "Cəsarətin Portretləri" ilə ordu veteranlarına ehtiram göstərir [Video]


Corc Buş "Cəsarətin Portretləri" ilə ordu veteranlarına ehtiram göstərir
please wait

No media source currently available

0:00 0:03:07 0:00

2009-cu ildə hakimiyyətdən gedəndən sonra sabiq prezident Corc Buş xələflərini tənqid etməkdən imtina edir və siyasətlə bağlı fikirlərini bildirməkdən də çəkinir. Lakin sabiq prezident hazırda ordu veteranlarının haqlarının qızğın müdafiəçisi kimi fəaliyyət göstərir. O, post-prezidentlik dövründəki fəaliyyətini palitraya həsr edib. Bu, ona əsgərlərin mülki həyata keçidlərini asanlaşdırmaq üçün maddi yardım toplamağa və insanları bununla bağlı maarifləndirməyə yardım edir.

Coni Yellok ABŞ Hava Qüvvələrində hərbi qulluğa daxil olanda, döyüş nəzarətçisi olaraq tez-tez təhlükə ilə üzləşirdi.

Mən çox nadir hallarda “Mənim başıma bunun gəlməsinə sən səbəb oldun” deyən veterana rast gəlirəm. Onların hamısı könüllü idi. Mən isə ölkəmizi qorumağa getdiyimizi açıq-aydın bildirmişdim. Onlar da bunu nəyin bahasına edəcəklərini bildirdilər. İndi isə onlar çalışırlar ki, keçmiş ali baş komandanları onların etdikləri fədakarlıqları dərk etdiklərini anlasın.
Corc Buş

“Biz müharibə zamanı könüllü olduq. Biz nə ilə üzləşəcəyimizi bilirdik. Mən ölkəm üçün ölməyə hazır idim,” deyə o bildirir.

Amma müharibə hətta ən yaxşı hazırlanmış planları belə dəyişməyə qadirdir. Con Yellokun aqibəti də belə oldu.

2011-ci ildə Əfqanıstanın şərqində onun maşını əldə hazırlanan partlayıcı cihazla toqquşdu.

“Mən döyüş meydançasından tamamilə çarəsiz bir şəkildə xərəklərdə çıxarıldım”, Yellok deyir.

Bu hadisə nəticəsində onun hər iki ayağı ciddi şəkildə zədələndi və bu, onun hərbi karyerasına son qoydu.

“Coninin xəbərindən bütün ailəsi sarsılmışdı, çünki bu, bütün ailə üçün travmatik bir təcrübə idi”, deyə Yellokun anası Meqan bildirir.

Coni Yellok: “Döyüş meydanındakı hərbçidən hərbi veterana çevrilmək düşündürücü bir yoldur.”

Bu yolda o, ayağını itirməmək üçün 30 əməliyyat keçirib. İndi isə bu yol onu Texasın Dallas şəhərində yerləşən Corc Buşun Prezident Muzeyinə gətirib çıxarıb. Yellok bu muzeyin təkcə ziyarətçisi deyil, həm də buradakı sərgilərin bir parçasıdır.

“Keçmiş ali baş komandanın yaralanmış döyüşçülərin şəkillərini çəkməyə vaxt həsr etdiyini yazan emaili almaq qeyri-adi bir təcrübə idi,” Yellok deyir.

Amerikanın Səsinə verdiyi radio müsahibədə sabiq prezident Buş Yellok və digər 97 yaralanmış veteranlardan bəhs edib. Bu, döyüşçülər onu bir il boyunca onların şəkillərini çəkməyə həvəsləndirib. İndi bu şəkillər Cəsarətin Portretləri: Ali Baş Komandanın Amerikalı Əsgərlərə Hədiyyəsi adlı kitab və sərgidə yer alır.

Buş rəngsaz fırçasından ABŞ ordusunun ali baş komandanı olaraq təhlükəyə göndərdiyi əsgərlərə ehtiramını göstərmək üçün istifadə edir.”

“Mən çox nadir hallarda “Mənim başıma bunun gəlməsinə sən səbəb oldun” deyən veterana rast gəlirəm. Onların hamısı könüllü idi. Mən isə ölkəmizi qorumağa getdiyimizi açıq-aydın bildirmişdim. Onlar da bunu nəyin bahasına edəcəklərini bildirdilər. İndi isə onlar çalışırlar ki, keçmiş ali baş komandanları onların etdikləri fədakarlıqları dərk etdiklərini anlasın,” deyə keçmiş prezident bildirir.

Coni Yellok: “Biz müharibəyə getdiyimizə və etdiklərimizə görə peşman deyilik. İmkanımız olsa bunu yenidən edərdik.”

Corc Buş: “Mən bu portretləri çəkəndə düşünürəm ki, bu nə cür insandır ki, şikayət edib, öz halına acımaqdansa, “mən bunu bir də edərdim” deyir.”

Mən bu portretləri çəkəndə düşünürəm ki, bu nə cür insandır ki, şikayət edib, öz halına acımaqdansa, “mən bunu bir də edərdim” deyir.
Corc Buş

Portraits of Courage (Cəsarətin Portretləri) kitabının satışlarından əldə olunan gəlirlər Corc Buşun Hərbi Xidmət Təşəbbüsünün proqramlarını maaliyyələşdirəcək. Bu təşəbbüs hərbçilərə mülki həyata keçid etməyə və həm görünən, həm də görünməyən müharibə yaralarını müalicə etməyin yollarını tapmağa yardım edir.

Yellok bir çox yüksək dərəcəli medallara sahibdir. O, sərginin bir hissəsi olsa da, özünü qəhrəman adlandırmır.

Coni Yellok: “Qəhrəmanlar …evlərinə dönməyənlərdir.”

Yellok çox nadir hallarda əlindən çıxardığı bilərzikdə dörd qəhrəmanın adını daşıyır. Bu bilərzik ona indi də davam edən müharibənin əsas qəhrəmanlarını xatırladır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG