Accessibility links

Cessika Simpson 2014-cü ildə evlənəcəyindən əmindir


Müğənni Cessika Simpson nə istədiyini bilən və istədiyini əldə edən qadındır.

33 yaşlı gözəl bu yaxınlarda nişanlısı Erik Consonla evlənməyə hazırlaşır. Sabahın Xeyir Amerikaya müsahibəsində Cessika Simpson toy gününün müəyyən edilməməsinə baxmayaraq xoşbəxt günün 2014-cü ildə baş tutacağından əmin olduğunu deyib.

Cütlük 2010-cu ildə nişanlanıb, amma iki övladları Maksvel və Aysı dünyaya gətirdiyinə görə Cessika düyün üçün bir balaca məşğul olub.

The Dukes of Hazzard teleserialının ulduzu zarafatla nişanlısı ilə onun özlərini çoxdan evlənmiş cütlük kimi hiss etdiklərini deyib.

Evlənəcəklərinə əmin olan sarışın Erikin istədiyi təqdirdə evlilikdən qaçmaq üçün kifayət qədər şansı olduğunu deyib.

Nailiyyətlərindən razı qaldığını etiraf edən Cessika Simpsonun pərəstişkarlarına “Edə bildiklərimlə, nailiyyətlərimlə qürur duyuram” deyib.

Beləliklə, Şoubiz aləmində bu il ən azı bir toy gözlənilir.
XS
SM
MD
LG