Accessibility links

Cəsur Sümərinli: Dağlıq Qarabağ münaqişəsinin həlli demokratik inkişafa bağlı məsələdir


Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda gərginliyin artması ilə bağlı narahatlığını bildirib və münaqişənin nizamlanması istiqamətində səylərin artırılmasına çağırıb. Ekspertlər gərginliyin arta bilməsini qeyd edirlər. Xəzər Hərbi Tədqiqatlar institutunun rəhbəri Cəsur Sümərinli Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibəsində cəbhədə vəziyyət və münaqişənin nizamlanması perspektivlərindən danışıb.

Cəsur Sümərinli hər iki tərəfdən atəşkəsin pozulması halları ilə bağlı məlumatların verildiyini, lakin cəbhədə son məlumatlara görə ciddi gərginliyin müşahidə edilmədiyini qeyd edib. “Mən bunu ənənəvi atəşkəs prosesi adlandırardım. Çünki 1994-cü ildən bu yana hər gün cəbhə xəttində atəşkəs pozulur. Yəni bu, bir atəşkəs prosesidir. Hazırda hər hansı gərginlik yoxdur. Son məlumatlara görə, cəbhə xəttində atəşkəsin ənənəvi pozulması halları baş verir.”

Cəsur Sümərinli bildirib ki, cəbhə xəttində vəziyyətin hər zaman gərginləşə bilməsi təhlükəsi mövcuddur. Lakin onun sözlərinə görə, bu, əslində idarə olunan gərginlikdir. “Cəbhə xəttində baş verən bütün proseslər nəzarət altındadır. Yəni istər Azərbaycan hakimiyyəti, istər Ermənistan hakimiyyəti, istərsə də Rusiya hakimiyyəti tərəfindən bütün bunlara nəzarət olunur. Cəbhə xəttində baş verən proseslər bizim araşdırmalar göstərir ki, əvvəlcədən planlaşdırılmış, bəlkə də bir çox hallarda rəhbərin xəbəri olan bir prosesdir və nəticəsində də biz görürük ki, əsasən, Rusiya müdaxilə edir və tərəflər qısa müddətə razılığa gəlir və müəyyən müddətdən sonra yenidən gərginliklər başlanır.”

Cəsur Sümərinlinin fikrincə, bu gərginliklər münaqişənin nizamlanması ilə bağlı müsbət perspektivlər vəd etmir və münaqişənin hazırkı vəziyyətdə qalmasını təmin edir.

“Ənənəvi bir vəziyyəti müşahidə edirik. İldə iki-üç dəfə belə bir hadisə baş verir. Adətən bu hadisələr Ermənistan, ya da Azərbaycanda siyasi vəziyyətlə bağlı ola bilir. Hansısa siyasi vəziyyət, ya da gərginlik olduğu zaman cəbhə xəttində həmin zaman vəziyyətin gərginləşdiyini müşahidə edirik.”

Cəsur Sümərinli atəşkəsin pozulması və cəbhə xəttində gərginliyin artmasının əsas səbəblərindən biri kimi Rusiyanın silah biznesi maraqlarını qeyd edib. O eyni zamanda, bildirib ki, münaqişə hər iki ölkədə hakimiyyətin siyasi və demokratik islahatların həyata keçirilməsini təxirə salmasına imkanı verir.

Cəsur Sümərinli Xəzər Hərbi Tədqiqatlar institutu tərəfindən Azərbaycan ordusunda, təhlükəsizlik və müdafiə sektorunda itkirlərlə bağlı aparılan monitorinqdən danışıb. “Ötən il ərzində baş verən itkilər 2003-cü ildən bəri baş verən ən böyük itkilər idi. Təxminən 150 nəfərə yaxın Azərbaycan tərəfində təhlükəsizlik və müdafiə sektorunda itki olmuşdu. Onun da təxminən 100 nəfəri cəbhə xəttində olan itkilərdir. Ən böyük göstərici idi.”

Onun bildirdiyinə görə, institutun təkcə Azərbaycanda deyil, Ermənistanda və Gürcüstanda da silahlı qüvvələrdə itkilərin müqayisəli statistikası göstərib ki, orduda ciddi islahatlar keçirildikdə, korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldıqda itkilərin sayı xeyli azalır.

Cəsur Sümərinli Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektvlərindən danışaraq, yaxın gələcəkdə həll yolunun tapılacağını gözləmədiyini deyib. O, beynəlxalq təşkilatların səylərinə toxunaraq, onların prosesə hansısa güclü təsir və təzyiq mexanizmləri olmadığını və Minsk qrupunun keçirdiyi görüşlərin bir nəticəsi olacağını düşünmədiyini bildirb.

“Mən hesab edirəm ki, münaqişənin həlli region ölkələrinin, Azərbaycan və Ermənistanın siyasi baxımdan inkişafına bağlı məsələdir, demokratik inkişafına bağlı məsələdir. Eyni zamanda, Rusiyanın münaqişənin nizamlanmasındakı rolu xeyli azaldılmalıdır. Rusiya nə qədər ki region ölkələrinə, Azərbaycan və Ermənistana silah-sursat satacaqsa, eyni zamanda, Azərbaycan və Ermənistan hərbi rəhbərliyini nəzarət altında saxlayacaq, o baxımdan münaqişənin yaxın perspektivdə həllini gözləmirik.”

Cəsur Sümərinli ABŞ-ın münaqişənin nizamlanmasında rolundan danışaraq, Birləşmiş Ştatların yeni administrasiyasının hazırkı məqamda post-sovet məkanında münaqişələrin nizamlanması prosesinin tezləşdirilməsinə hər hansı təsir göstərə biləcəyini düşünmədiyini qeyd edib. O, ABŞ-ın yeni administrasiyasının insan haqları və demokratiya məsələlərinin gündəmdə saxlamasının

Fikirləriniz

Show comments

XS
SM
MD
LG