Accessibility links

Çex Respublikası Əfqanıstandakı qüvvələrinin sayını artırır


Çex Respublikası Əfqanıstandakı qüvvələrinin sayını artırır
Çex Respublikası Əfqanıstandakı qüvvələrinin sayını artırır

Bu barədə Nümayəndələr Palatası qərar çıxarıb

Çex Respublikası parlamenti Əfqanıstanda hərbi qüvvələrinin sayının 535-dən 720-ə çatdırılması barədə təklif olunan qanun layihəsini qəbul edib. Nümayəndələr Palatası planın 106 lehinə, 67 əleyhinə nisbətində təsdiqləyib. Qüvvələrin sayının artırılması ilə bağlı qanun Senatda oktyabr ayında qəbul olunmuşdu. Çex Respublikasının hərbi qüvvələri NATO-nun başçılıq etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkib hissəsidir. Onlar əsasən yenidənqurma işlərində, hərbi treyninqlərdə və xüsusi əməliyyatlarda iştirak edir. Əlavə qüvvələrin 2011-ci ildə göndərilməsi planlaşdırılır.

XS
SM
MD
LG