Accessibility links

Çex Respublikasında mərkəz-sağçı hökumət təşkil olunur


Razılıq koalisiyaya 200 yerlik parlamentdə 118 yer vəd edir

Keçən həftə seçkilərdə ən çox səs toplamış 3 partiyanın koalisiya barədə razılığa gəlməsindən sonra Çex Respublikasında mərkəz sağçı hökumət formalaşmaq üzrədir. Mühafizəkar Vətəndaş Demokratiya Partiyası yeni konservativ partiya TOP 09 və mərkəzçi İctimai Əlaqələr Partiyası ilə birgə növbəti Çex hökumətini təşkil edəcək. Razılıq koalisiyaya 200 yerlik parlamentdə 118 yer vəd edir. Çex Respublikasının Statistika İdarəsi bildirib ki, Vətəndaş Demokratiya Partiyası səslərin 20 faizini, TOP 09 isə 17 faizini toplayıb. Bununla yanaşı, İctimai əlaqələr partiyasının 11 faizlik dəstək qazandığı bildirilir. Ötən həftə keçirilən ikigünlük seçkilərdə seçicilərin 63 faizi iştirak edib.

XS
SM
MD
LG