Accessibility links

Çex Respublikasında Qafqazdakı terror şəbəkəsinin üzvü olduğuna inanılanlar həbs edilib


Çex respublikası polisinin bildirdiyinə görə, Rusiyanın Qafqaz bölgəsindəki terror şəbəkəsinin üzvü olduğuna inanılan 6 nəfərə qarşı qeyri-qanuni silah daşınması və terrorizmin dəstəklənməsi ittiham irəli sürülüb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə təşkilatınınm sözçüsü Pavel Hantak bildirib ki, ələ keçirilən 6 nəfərin Dağıstandakı İslamçı “Camaat Şəriət”qrupu ilə əlaqəsi var. Həmin qrupun həm Çexiyada, həm də Almaniyada fəaliyyət göstərdiyi deyilir. Polis həbs edilənlərdən ikisinin saxta sənədlərlə səyahət edən bolqar mənşəli, digərinin yaşadığı evdən silah, əl qumbarası və sursat tapılan çeçen olduğunu bildirib. Qalanları isə terror hücumlarına yardım etmək ittihamı ilə üzləşirlər.

XS
SM
MD
LG