Accessibility links

Təhsil nazirinin yeni müavini təyin edilib


Təhsil nazirinin müavini Ceyhun Bayramov
Təhsil nazirinin müavini Ceyhun Bayramov

Təhsil üzrə ekspertlər nazir müavinini tanımır. Ceyhun Bayramov təhsil sahəsində çalışmayıb

Azərbaycan prezidentinin sərəncamı ilə Ceyhun Bayramov təhsil nazirinin yeni müavini təyin edilib. Avqustun 13-də nazir Milkayıl Cabbarov yeni müavini kollektivə təqdim edib.

Son ayda təhsil nazirinin müavini vəzifəsi boş idi.

Belə ki, 2012-ci ildə təhsil nazirinin üç müavini eyni gündə vəzifədən uzaqlaşdırılıb. Bundan sonra 2012-ci il sentyabrın 14-də Qulu Novruzov nazir müavini təyin edilib. Nazirin yeganə müavini olan Novruzov isə son aylarda vəzifəsindən uzaqlaşdırılıb.

Yeni müavin yeni təhsil nazirinin komandasına daxildir. Mikayıl Cabbarov bu il aprelin 19-da təhsil naziri təyin edildikdən sonra onu nazirliyin aparatına gətirilib və tez bir zamanda aparatın rəhbəri vəzifəsinə təyin edib.

Təhsil üzrə ekspertlər nazirin yeni müavinini tanımır.

“Çünki, yeni müavin ümumiyyətlə təhsil sahəsində çalışmayıb”, ekspertlərdən biri bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramovun Maliyyə Nazirinin müavini Azər Bayramovun qardaşı olduğu deyilir.

O ixtisasca hüquqşünasdır. "Salans" beynəlxalq hüquq şirkətinin Baki ofisində baş hüquqşünas vəzifəsində çalışıb. 1996-2000-ci illərdə Vergilər Nazirliyində böyük dövlət vergi müfəttişi vəzifəsində çalışıb.
XS
SM
MD
LG