Accessibility links

Vəkil: İlahiyyatçı dövlətə xəyanat ittihamını qətiyyətlə rədd edir


Ceyhun Cəfərov

Ceyhun Cəfərov

Aprelin 2-də vəkil Cavad Cavadov bir müddət əvvəl həbs edilən və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) təcridxanasında saxlanılan Ceyhun Cəfərovla görüşüb. Vəkil C.Cavadov bu haqda özünün Facebook səhifəsində yazıb.

Ceyhun Cəfərov dövlətə xəyanətdə ittiham olunur.

“Cavadov ona qarşı irəli sürülmüş dövlətə xəyanət ittihamını qətiyyətlə rədd edir və məndən hamıyaonun günahsız olmasını çatdırılmağımı xahiş etdi”, vəkil qeyd edib.

İlahiyyatçı C.Cəfərov İslam Universitetində dərs deyib. “Space” telekanalında “Gecə söhbətləri” dini verilişində aparıcı olub. Onlarla kitabın tərcüməçiliyini, redaktorluğunu edib. Rəhbəri olduğu “Təkamül” Tərcümə Mərkəzi islam dinində ən mükəmməl Quran təfsirlərindən olan “əl-Mizan”ı tərcümə edərək nəşr etdirib. C.Cəfərov həcc ziyarəti zamanı Qafqaz Müsəlmanları İdarəsinin zəvvar qruplarının rəhbəri olub.

C.Cəfərov bu ilin martında İrandan Bakıya qayıdarkən MTN-ə dəvət edilib və saxlanılıb. Buna qədər isə digər ilahiyyatçı Elşən Mustafaoğlu analoji ittihamla MTN tərəfindən saxlanılıb.

XS
SM
MD
LG