Accessibility links

Ceymi Flay: İran Suriya probleminin tərkib hissəsidir! [Video]


Ceymi Flayla Müsahibə
please wait

No media source currently available

0:00 0:05:21 0:00
Direct link
​Sual: Suriyada üsyan başlanandan bəri İran prezident Bəşər Əsədin ən yaxın müttəfiqi olub. Belə görünür ki, İran qədər heç bir başqa ölkəni Suriya hökumətinin taleyi düşündürmür. Suriya İran üçün nə deməkdir?

Cavab: Suriya uzun illər İranın regionda Hezbollah və Həmas kimi terror təşkilatlarına yardım etməsində yaxın tərəfdaşı olub. Suriya vasitəsilə İran Hezbollaha silah ötürüb və bu ərazidən həmçinin terror təşkilatlarının maliyyələnməsi üçün tranzit kimi istifadə edilib. İran rejiminə təzyiqlərin artdığı və onun ətraf dünyadan artan şəkildə təcrid olunduğu bir vaxtda İran rəhbərliyi ən yaxın müttəfiqini itirməkdən xeyli narahatlıq keçirir. Hazırkı məqamda onların regionda elə də çox dostları qalmayıb.

Sual: İran hökuməti bu həftə Suriyadakı böhranı müzakirə etmək üçün konfrans çağırıb. Konfransa Rusiya, Çin və Venesuela kimi dövlətlər dəvət olunublar. Tehran bu konfransdan nə qazanmağa çalışır?

Cavab: İran liderliyi gözdən pərdə asmağa çalışır. Suriya probleminin əsas tərəfi elə İran özüdür. Onların bu münaqişəyə həll yolu tapmaq cəhdləri inandırıcı deyil. Onlar çalışırlar dünyaya göstərsinlər ki, guya müstəqil müşahidəçi kimi münaqişəyə vasitəçilik etmək istəyirlər. Reallıq isə budur ki, iranlılar bu rejimi üsyan başlanandan bəri maliyyə və başqa cəhətlərdən dəstəkləyir. İran Suriyaya uzun müddətdir ki, snayperlər və təlimçilər göndərir. İranın bu mövzuda konfrans təşkil etməsi gülüş doğurur. Bu, həmin ölkədir ki, Suriyada böhranın davam etməsinə aktiv yardım edir.

Sual: Bu günlərdə Suriyada 48 iranlı üsyançılar tərəfindən saxlanılıb. Sizin bu haqda düşüncələriniz nədir?

Cavab: Bu, İranın Suriyada bədnam siyasət apardığına son sübutlardan biridir. Dəlillər bu 48 adamın İranın İnqilab Qvardiyası ilə əlaqəli olduqlarını göstərir. Onların Suriyaya səfərini İnqilab Qvardiyasının himayəsində olan səyahət agentliyi təşkil edib. Bundan əvvəl də Suriyada üsyançılar çox sayda iranlını yaxud fars dilində danışan adamları saxlayıblar. Üsyanın ilkin günlərində məhz bu cür adamlar xalqa atəş açırdılar. Milliyətcə suriyalı əsgərləri öz xalqlarına atəş açdırmaq çətindir. Amma xaricdən gətirilmiş adamlar üçün bunu etmək asandır. Oradakı insanlar onların veclərinə deyil.

Sual: Suriyada müttəfiq rejimin devrilməsi İranın hezbollahla əlaqələrinə necə təsir göstərərdi?

Cavab: Artıq indidən iranlılar üçün Hezbollahla koordinasiya etmək çətinləşib. Uzun müddət Hezbollahın və Həmasın Dəməşqdə qərargahlanan nümayəndələri İran agentliləri ilə görüşürdülər. Həmas artıq əməliyyatlarının böyük hissəsini Dəməşqdən köçürüb. Bu, Hezbolaha silah ötürməyi də çətinləşdirəcək. Əsəd rejiminin yıxılması Hezbollahı xeyli zəiflədərdi.

Sual: Suriya münaqişəsi İranın regional dövlətlərlə münasibətlərini də gərginləşdirirb. Sizcə İranın bu sarıdan narahat olması üçün əsas varmı?

Cavab: Bu, Əsədin hansı tezlikdə devriləcəyindən asılıdır. Böhran İranın qonşularına da bəzi məsələləri əyan edib. Bir neçə il bundan öncə Türkiyə hökuməti “qonşularla sıfır problem” adlı siyasət yürütməyə başlamışdı. Lakin ən azı İran və Suriyaya gəldikdə, bu siyasət iflasa uğrayıb. İranın təcrid olunması faydalıdır. Zənnimcə, Əsəd yıxıldıqdan sonra məhz bu baş verəcək. Problem ondadır ki, ABŞ reaksiya verməkdə lənglik nümayiş etdirir ki, bu, da öz növbəsində Suriyadakı münaqişəsini uzun, qanlı və xaotik vətəndaş müharibəsinə çevrilmə təhlükəsini artırır. Əgər biz Suriyada müxalifətin bəzi seqmentlərinə dəstək verməsək, onda mümkündür ki, orada formalaşacaq yeni hökumət müəyyən təriqəti təmsil edəcək və qeyri-stabil olacaq. Bu halda İran situasiyadan sui-istifadə edə bilər. Ən yaxşısı o olardı ki, Əsəd tezliklə devrilsin, və ABŞ və onun müttəfiqləri Suriyada çoxtəriqətli və demokratik hökumətin təşəkkül tapmasına yardımçı olsunlar. Belə bir hökumət gələcəkdə İran və başqa regional dövlətlər üçün də model ola bilər.
XS
SM
MD
LG