Accessibility links

Dövlət ittihamçısı kinoteatr qətliamında şübhəli bilinən şəxsə ölüm cəzası istəyib


holmes
holmes
ABŞ-ın Kolorado ştatının prokurorları keçən il 12 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən kinoteatra silahlı basqını həyata keçirən şəxsə qarşı ölüm hökmü tələb edəcəklərini bildiriblər.

Dövlət ittihamçısı bu qərarı dünən məhkəmə zalında bəyan edib. Onun sözlərinə görə, 800-ə yaxın zərərçəkən və qurbanların ailə üzvlərinin istəkləri nəzərə alınandan sonra şübhəli Ceyms Holmes üçün ölüm hökmü istənilməsi qənaətinə gəlinib.

Ceyms Holmes iyulun 20-də metodik şəkildə hücum təşkil etməkdə və bir neçə odlu silahdan istifadə edərək gecə sansı zamanı tamaşaçılara atəş açmaqda ittiham olunur.

Hakim məhkəməni 2014-cü ilin fevralınadək təxirə salıb. O, müdafiə tərəfinə hazırlaşmaq üçün yetərli vaxt verdiyini deyib.
XS
SM
MD
LG