Accessibility links

ABŞ-ın qərbi Kolorado ştatında hakim kino-teatrda qətliam törətməkdə şübhəli bilinən Ceyms Holmsun ona qarşı rəsmi ittiham irəli sürülənədək həbsdə qalmasına göstəriş verib.

Bazar ertəsi ittihamçılar Holms üçün edam hökmü istəmələrini aydın ediblər. İttihamlara əsasən cümə günü “Qara Cəngavər Qalxır” filminin premyerasında Holms 12 adamı öldürmüş, 58 adamı yaralamışdır.

Holms dünənki məhkəmə iclasında heç nə demədi. Hakim ona bildirdi ki, o, birinci dərəcəli qətl ittihamları ilə üzləşə bilər.

Rəsmilər neyrocərrahiyə üzrə sabiq doktorluq tələbəsinin serial qatilə çevriməsinin səbəblərini araşdırırlar. Polis Holmsun danışmaqdan imtina etdiyini deyir.
XS
SM
MD
LG