Accessibility links

Ceyms Kameron Yer kürəsinin ən dərin çökəkliyinə səyahət edib

  • Amerikanın səsi

“Titanik” filminin rejissoru Ceyms Kameron Yer kürəsinin ən dərin bölgəsinə səyahət edib. Xüsusi sualtı qayıqla Marian çökəkliyində bir neçə saat keçirən Kameron elmi tədqiqatlar üçün nümunələr toplayıb, video çəkilişi edib, şəkillər çəkib.

Sakit okeanı adası Guamdan 350 km-likdə yerləşən 11 mertlik dərinlikdən rejissor “dərinlikdən heç vaxt belə ləzzət almadığı”nı yazıb.

Kameron solo səyahətə çıxan ilk şəxsdir. İsveş mühəndisi Jak Pikkard və Amerikanın hərbi dəniz donanması zabiti Don Valsh Marian çökəklıyinə 1960-cı ildə səyahət etmişdi. Lakin onlar sualtı qayıqlarının quma dəyməsi səbəbi ilə okean dibində keçirdikləri 20 dəqiqə ərzində çox şey görə bilməmişdi.

Show comments

XS
SM
MD
LG