Accessibility links

Ceyms Mattis Amerika ilə Rusiya arasında hərbi əməkdaşlığı istisna edib


ABŞ-ın müdafiə naziri Ceyms Mattis Amerika ilə Rusiya arasında hərbi əməkdaşlığı istisna edib. O deyib ki, indi bunun vaxtı deyil.

"Biz indiki durumda hərbi əməkdaşlıq mövqeyində deyilik. Lakin bizim siyasi liderlər ortaq zəmin əldə etməyə çalışacaq" - deyə Mattis NATO-nun Brüsseldəki baş qərargahında təşkil edilən mərbuat konfransında bildirib.

ABŞ-ın müdafiə naziri deyib ki, hərbi əməkdalıqdan əvvəl Rusiya beynəlxalq qanunlara əməl etdiyini sübuta yetirməlidir.

Mattisin dedikləri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Moskvanın Pentaqonla hərbi əməkdaşlığı bərpa etməyə hazır olduğunu söyləməsindən sonraya təsadüf edir.

ABŞ Rusiya ilə hərbi əməkdaşlığa o ölkənin Ukraynanın Krım yarımadasını ilhaq etməsindən sonra dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG