Accessibility links

Amerikalı jurnalistin İslam Dövləti yaraqlıları tərəfindən qətlə yetirildiyini təsdiq edilib


ABŞ amerikalı jurnalistin İslam Dövləti yaraqlıları tərəfindən qətlə yetirildiyini təsdiq edib. Rəsmilər Ceyms Folinin başının kəsildiyi nümayiş etdirilən videonun həqiqi olduğunu bildirib.

ABŞ prezidenti bütün dünyanın jurnalistin qətlindən dəhşətə gəldiyini bildirib. Barak Obama qətli pisləyərək, Folinin ailəsinə başsağlığı verib. O deyib ki, İslam Dövləti yaraqlıları Suriya və İraqda vəhşi əməllərini davam etdirir.

ABŞ dövlət başçısı Folinin həyatının şəhər və kəndlərdə günahsız insanları öldürən, silahsız dinc əhaliyə qarşı zorakılıqlar törədən qatillərdən kəskin şəkildə fərqləndiyini bildirib.

Foli 2012-ci ilin noyabrında Suriyada vətəndaş müharibəsini çəkərkən yoxa çıxıb.

Bütün dünya jurnalistin qətlindən dəhşətə gəlib

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Kaytlin Hayden “ günahsiz amerikalı müxbirin ölümü dəhşətli hadisədir və biz mərhumun ailə üzvləri və dostlarına dərin hüzünlə başsağlığı veririk” – deyə bildirib.

İslam Dövlətinin yaraqlıları nümayiş etdirilən videoda 2013-cü ilin iyul ayında Suriyada yoxa çıxmış digər ABŞ müxbiri Stivin Sotlovu öldürəcəkləri ilə hədələyir.

XS
SM
MD
LG