Accessibility links

Ceyms Uorlik: "Prezidentlərin razılaşdığı məqamlar razılaşmadıqlarından çoxdur" [Video-Müsahibə]


Ceyms Uorlik: "Prezidentlərin razılaşdığı məqamlar razılaşmadıqlarından çoxdur"
please wait

No media source currently available

0:00 0:12:45 0:00

Ceyms Uorlik: "Prezidentlərin razılaşdığı məqamlar razılaşmadıqlarından çoxdur"

İyunun 20-də Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Görüşlərdə iştirak edən ATƏT-in Minks qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinə müsahibədə prezidentlərin görüşünü şərh edib, danışıqlar prosesindəki irəliləyişlər və cəhbə xəttindəki son gərginlikdən danışıb.

Amerikanın Səsi: Siz Sankt-Peterburqdan yeni dönmüsünüz. Orada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutub. Tərəflər hər hansı ciddi irəliləyiş əldə etdimi? Siz hər hansı bir irəliləyişin baş tutacağını düşünürsünüzmü? Hazırki vəziyyəti nəzərə alaraq münaqişə zonasında sülhün təmin edilmsi mümkündürmü?

Hər iki sammitdə müsbət irəliləyişlər əldə olunub və həll yolunda müsbət addımlar atılıb.
Ceyms Uorlik

Ceyms Uorlik: Bildiyiniz kimi mən Sankt-Peterburqda keçirilən sammitdən yenicə qayıtmışam. Bundan öncəki sammit may ayında dövlət katibi Con Kerrinin təşəbbüsü ilə Vyanada keçirilib. Hər iki sammitdə müsbət irəliləyişlər əldə olunub və həll yolunda müsbət addımlar atılıb. Bu da bizim hər birimiz istədiyi bir şeydir.

Münaqişəni prezidentlərin bir və ya iki görüşü ilə həll etmək mümkün olmayacaq, amma bəzi irəliləyişlər əldə olunur. Bu sammitləri davam etdirmək vacibdir.

Başa düşmək lazımıdır ki, prezidentlər danışıqlar prosesinə sadiqdirlər. Onlar atəşkəsə sadiqdirlər, çünki Azərbaycan-Ermənistan sərhədində sakitlik və sabitliyin olması, bizim irəliləyiş əldə etməyimizə əlverişli mühit yaradır. Mən deyə bilərəm ki, ümumilikdə tərəflər Vyana sammitindən bəri atəşkəsə riayət edib. Prezidentlər danışıqların davam etdirilməsi üçün lazım olan sabitliyin təmin olunması məqsədilə etimadın möhkəmləndirilməsinə sadiqdirlər. Ən əsası isə hər iki tərəf ATƏT-in missiyasının genişlənirilməsini dəstəkləyir.

Vyanada dəqiq detallar üzərində razılaşmada ləngimələr oldu. Mən tərəfləri razılıq əldə etməyə və ATƏT-in missiyasının genişləndirilməsinə çağırıram. Hər iki sammitdə ATƏT-in vasitəçiliyi ilə istintaq araşdırma mexanizmi ilə bağlı müzakirələr oldu. Biz hər iki tərəf üçün təkliflər üzərində işləməliyik. Bununla bərabər isə həll yolu ilə bağlı əsas məsələləri əhatə edən əsaslı danışıqlar olmalıdır.

Ilham Əliyev ,Serj Sarkisyan, Vladimir Putin
Ilham Əliyev ,Serj Sarkisyan, Vladimir Putin

Qeyd etməliyəm ki, prezidentlər bəzi mühüm təklifləri müzakirə edirlər. Təbii ki, bu təkliflər üzərində fikir ayrılıqları da olur. Onsuz da biz tam razılıq gözləmirik. Amma hər iki tərəf, hər iki prezident bu təkliflər üzərinə birgə işləməyə razılıq verib. Və əlbəttə ki, münaqişənin sülh yolu ilə həll olunması üçün biz bu danışıqların davamını görmək istəyirik.

Amerikanın Səsi: Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişlərin olduğunu eşidirik. Bu danışıqlardakı ən böyük maneələr və əsas fikir ayırlıqları nədən ibarətdir?

Ceyms Uorlik: Əllbəttə ki, onlar gizli görüş keçirməlidir. Prezidentlər arasındakı danışıqlar ictimaiyyətə açıqlanmamalıdır, çünki onlar razılaşdığı və razılaşmadığı məsələlərlə bağlı açıq danışır. Təbii ki, razılaşdıqları məqamlar razılaşmadıqlarından daha çoxdur, amma ən sonda hər şey üzərində razılıq əldə olunmalıdır. Hər hansısa bir məsələni kənara qoyub, razılığın əldə olunduğunu demək olmaz. Əslində biz hər zaman hərtərəfli həll yolundan danışırıq. Ona görə də bu məsələləri həll etmək lazımdır. Bunlar artıq 20 ildən çoxdur müzakirə olunur. Müzakirə edilən təkliflər dünən və ya keçən il tərtib edilməyib, bu təklilflər illərdir müzakirə olunan prinsip və elementlərə əsaslanır. Prezidentlər isə fundamental olaraq bu prinsiplər üzərində razılaşır. Ancaq biz yenə də bu prinsiplərin tətbiqinin nə demək olduğunu anlamalıyıq. Bu səbəbdən də biz Vyana və Sankt-Peterburqda əldə olunan təşəbbüsləri alqışlayırıq və bu prosesi davam etdirməyə çalışırıq.

Prezidentlər danışıqların davam etdirilməsi üçün lazım olan sabitliyin təmin olunması məqsədilə etimadın möhkəmləndirilməsinə sadiqdirlər. Ən əsası isə hər iki tərəf ATƏT-in missiyasının genişlənirilməsini dəstəkləyir.
Ceyms Uorlik

Amerikanın Səsi: Təmas xəttindəki ən son gərginlikdən sonra, sizcə uzun müddətli sülh mümkündürmü? Tərəflər hələ də münaqişəyə hərbi həll yolunun olmadığına inanırmı?

Ceyms Uorlik: Əlbəttə! Əgər onlar münaqişənin sülh yolu ilə həllinə inanmasalar, bu görüşləri keçirməzdilər. Hər iki prezident səmimi niyyətlərini sərgiləyir və bir nəticə əldə etmək istəyir. Onlar məsələnin hərbi yolla həll olunmayacağını anlayır. Müharibənin başlaması region üçün faciə ola bilər. Nə qədər çətin olsa da, biz danışıqları davam etdirmək və bu yolda irəliləyiş əldə etmək istəyirik. İndi bunu etməyin tam zamanıdır. Çünki həm Ermənistan, həm Azərbaycan prezidenti münaqişənin danışıq yolu ilə həllini və sülh istəyir. Vəziyyət bir, iki və ya beş il sonra yaxşılaşmayacaq. Əslində təmas xəttində vəziyyət getdikcə daha da təhlükəli olmağa başlayır. Orada indi daha çox ağır silahlar, raketlər yerləşdirilib, daha çox insan həlak olur. Hətta münaqişənin genişmiqyaslı müharibəyə çevrilmə riski də var. Biz isə bunun qarşısını almaq istəyirik. Fikrimcə isə razılıq əldə etməklə biz regiondakı insanların layiq olduğu sülh və firavanlığa nail ola bilərik.

Amerikanın Səsi: Bir az da aprel ayında münaqişənin qızışmasında danışmaq istəyərdik. Toqquşma baş verəndə hər iki prezident Vaşinqtonda idi. Sizcə təmas xəttində gərginliyin artmasına nə səbəb oldu?

Ceyms Uorlik: Məncə biz bunu bilmirik. Nə qədər bilmək istəsək də, bu mümkün deyil. Bizim Azərbaycan-Ermənistan sərhədində bunu müəyyən edəcək adamlarımız yoxdur. Daha öncə qeyd etdiyim istintaq mexanizmi bizə yardım edə bilər. Amma yenə də səbəbi tapmaq çox çətindir. Səbəbdən fərqli olaraq isə biz nəticələri bilirik. Yüzlərlə insan öldü, günahsız insanlar bunun təsirinə məruz qaldı. Gərginliyin artması nəticəsində təkcə əsgərlər ölmədi, bir çox günahsız kişi, qadın və uşaq da öldü. Amma mayın 16-da qüvvəyə minən atəşkəsə riayət olunur və biz bunun davam etməsini istəyirik. Daha genişmiqyaslı münaqişənin riskləri çox təhlükəlidir, ona görə də bu danışıqlar çox vacibdir.

Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Dağlıq Qarabağ müzakirəsi
Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Dağlıq Qarabağ müzakirəsi

Amerikanın Səsi: Dağlıq Qarabğ münaqişəsi ABŞ və Rusiya rəsmilərinin üzərində razılaşdığı məsələlərdən biridir. Ancaq nəzərə alsaq ki, həm Azərbaycan, həm də Ermənistan yaxın zamanadək Kreml tərəfindən idarə olunurdu, bunun arxasında bəzi real geosiyasi maraqların olduğunu demək olar. Bəzi müşahidəçilər Rusiyanın bu münaqişəni Ukraynanın şərqi, Osetiya, Abxaziyada olduğu kimi dondurulmuş vəziyyətdə saxlamaq istədiyini irəli sürür. Siz bununla bağlı nə deyə bilərsiniz?

Ceyms Uorlik: ABŞ və Rusiya Fransa ilə birgə bu məsələdə eyni mövqedədir və münaqişənin razılıq yolu ilə həll olunması üzərində işləyir. Biz prezident Putinin təşəbbüslərini və məsələni müzakirə etmək üçün Sankt-Peterburqda prezidentlərə bir neçə saat vaxt ayırmasını alqışlayırıq. Bu çox müsbət bir addımdır. Biz onunla əməkdaşlıq etmək istəyirik. Həmsədrlər bütün müzakirələrdə iştirak etməsə də, biz oraydıq və bu məsələni birlikdə həll etmək üçün oraya dəvət olunduğumuza görə də minnətdarıq. Mən bu əməkdaşlığın davamını gözləyirəm. İnanıram ki, ruslar həll yolu tapmaqla bağlı səmimi olmasalar, bu məsələyə bu qədər vaxt ayırmazdılar.Təəssüf ki, prezident Medvedevin hakimiyyəti dövründə heç bir uğur əldə olunmadı. Ancaq prezident Putinlə bizim artıq yeni imkanımız var və o, münaqişənin danışıq yolu ilə həll olunmasını istəyir. Birləşmiş Ştatlar isə bu məsələdə prezident Putin, Holland, Sarkisyan və Əliyevlə əməkdaşlıq etməyə hazırdır.

Ən əsası isə Rusiya daha genişmiqyaslı münaqişə istəmir. Onlar vəziyyəti sabitləşdirməyə çalışır və münaqişənin sülh yolu ilə həll olunmasını istəyir. Biz isə onların səmimi olduğuna inanırıq. Bu münaqişədə “gizli əlin” olduğuna dair iddialar tamamilə yanlışdır.
Ceyms Uorlik

Amerikanın Səsi: Rusiya hər iki tərəfə silah satır. Sizcə münaqişənin qızışmasında Rusiyanın rolu olubmu? Gərginliyin artmasından Rusiya bir az da olsa cavabdehdirmi?

Ceyms Uorlik: Biz daha öncə də gərginliyin artmasına şahid olmuşuq. Günahın Ermənistan və ya Azərbaycan tərəfində olduğunu demək çox çətindir. Ən əsası isə Rusiya daha genişmiqyaslı münaqişə istəmir. Onlar vəziyyəti sabitləşdirməyə çalışır və münaqişənin sülh yolu ilə həll olunmasını istəyir. Biz isə onların səmimi olduğuna inanırıq. Bu münaqişədə “gizli əlin” olduğuna dair iddialar tamamilə yanlışdır. Bu məsələdə böyük şəffaflıq var, bizim həmsədrlərlə birgə tərtib etdiyimiz və hazırda tərəflər arasında müzakirə olunan təkliflərimiz var. Dövlət katibi Con Kerri Sergey Lavrov, Jan-Mark Ayro ilə müntəzəm olaraq əlaqə saxlayır. Rusiya və Fransa bu məsələnin sülh yolu ilə həllini istəyir. Biz hamımız apreldə yaşanan gərginliyi geriləmə kimi qiymətləndiririk və bu səbəbdən də münaqişənin danışıq yolu ilə həll olunması üçün səylərimizi ikiqat artırırıq.

Amerikanın Səsi: Prezidentlər arasında yenidən görüş keçiriləcəkmi? Hər hansı ilkin razılaşmalar əldə olunubmu? Olunubsa, növbəti addımlar nədən ibarətdir?

Ceyms Uorlik: Ümid edirik ki, prezidentlər arasında yenidən görüş baş tutacaq, amma hələ dəqiq vaxt təyin olunmayıb. Bu qərar onlardan asılıdır. Biz sadəcə görüşün baş tutmasına yardım etmək üçün hazır gözləyirik. Bilirəm ki, dövlət katibi Con Kerri, eləcə də xarici işlər nazirləri Lavrov və Ayro da buna hazırdır. Ümid edirik ki, onlar yaxın zamanda görüşəcəklər, çünki hazırda buna imkan var. Biz Vyana və Sankt-Peterburqda bunun şahidi olduq. Prezidentlərin müzakirə etdiyi təkliflər var və biz bu imkanı dəyərləndirmək istəyirik, bu müzakirələrin davamını gözləyirik. Çətinliklərin olduğu düzdür, amma bir nəticə ədə etmək üçün bunu davam etdirmək lazımdır. Prezidentlər görüşməlidir, biz bu görüşləri diqqətlə təşkil etməliyik. Fikrimcə bu danışqlar Azərbaycan və Emrənistan xalqını ruhlandırmalıdır. Onlar bu münaqişədə “gizli əl” axtarmamalıdır və bilməlidirlər ki, biz münaqişənin hər iki ölkənin maraqlarına xidmət edəcək danışıq yolu ilə həll olunmasına çalışırıq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG