Accessibility links

Ceyms Uorlik: Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir [Video]


Ceyms Uorlik:Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir
please wait

No media source currently available

0:00 0:05:11 0:00

Ceyms Uorlik:Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrın 27-də keçirilən monitorinq zamanı təmas xəttində baş vermiş insidenti şərh edib

"Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində baş verən insidentlər qəbuledilməzdir".

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrın 27-də keçirilən monitorinq zamanı təmas xəttində baş vermiş insidenti şərh edərkən deyib.

Onun sözlərinə görə, dünən monitorinq zamanı atəş səsləri eşidilib:

"Mən təmas xəttində böyük təhlükənin olduğunu və bunun nə dərəcədə qorxulu olduğunun şahidi oldum. Biz təhlükəsiz yerdəydik. Lakin monitorinqi aparan səhra komandirləri güllələrin altında, açıq yerdə idilər".

Amerikalı həmsədr həmçinin bildirib ki, monitorinqdən sonra onlar ekspertlərlə söhbət ediblər. "Atəşin haradan açıldığını müəyyən etmək demək olar ki, qeyri-mümkündür"-deyə o bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi barədə isə amerikalı həmsədr iki prezidentin görüşmək istədiyini deyib.

Ceyms Uorlikin sözlərinə görə, hazırda görüşün təfərrüatları üzərində işləyirlər: "Prezidentlər münaqişənin hərtərəfli həlli üçün ortaq yolu, eyni zamanda təmas xəttində atəşkəs rejiminin pozulmasını müzakirə etməlidirlər.Bugünkü vəziyyət iki il əvvəlki vəziyyətdən tamamilə fərqlənir. İlk dəfədir ki, biz təmas xəttində ağır artilleriyadan istifadənin şahidi oluruq.

Bunun nəticəsində təəssüf ki, biz sivil vətəndaşların ölməsinin şahidi oluruq. Gərginlik gündən-günə daha da artır. Prezidentlərin görüşü zamanı gərginliyin artmasını müzakirə etməyi çox vacib hesab edirəm. Biz həmçinin xalqlar arasında etimad tədbirlərinin gücləndirilməsi, icmalar arasında dialoqun yaradılmasını da müzakirə etməliyik".

Ceym Uorlik bildirib ki, həmsədrlər prezidentlərlə danışıqlar zamanı onlara öz xalqlarını müharibəyə deyil, sülhə hazırlamalı olduqlarını xatırladıblar.

“Prezidentlәr regionda yaşayan bütün xalqlara müraciәt etmәlidirlәr ki, sülhә hazır olsunlar. Bu münaqişәnin nizamlanması yeni dövrә qәdәm qoyacaq vә regionun inkişafı üçün әhәmiyyәt kәsb edir. Cәnubi Qafqazda yaşayan xalqlar çәtin tarixә malikdir. Ümid edirәm ki, bu münaqişәnin hәlli hәr iki xalqı irәli aparacaq. Düşünürәm ki, gәlәcәk nәsillәrә burada daha stabil gәlәcәk yaratmaq kimi borcumuz var. Hәr iki ölkәnin xalqları arasında әlaqә yaradılmalıdır vә onlar gәlәcәkdә birlikdә yaşamağı bacarmalıdır", - deyə o vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG