Accessibility links

Ceyms Uorlik: Davamlı sülhə nail olmağın vaxtı çatıb [Video]


ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Bakıda ilk mətbuat konfransını keçirib

“Əsas məqsədim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində tərəflərə kömək etməkdir. Mənim fəaliyyətimin əsas prioriteti regionda münaqişənin praktik həllinə, regionda sülhün təmin olunmasına nail olmaqdır”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Ceyms Uorlik Bakıya ilk səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 20 ildən artıq davam edən və münaqişə nəticəsində tərəflər arasında yaranan əzab-əziyyət və nifrətə son qoymağın vaxtı çatıb.

Davamlı sülhə nail olmaq üçün hər iki tərəfin siyasi iradə və güzəştə getmək üçün cəsarətli addımlar atıması tələb olunur.
“Artıq münaqişənin Helsinki Yekun Aktına əsasən həlinin zamanıdır. Minsk qrupu, Minsk qrupunun həmsədrləri, Azərbacan və Ermənistan, regionda marağı olan digər dövlətlərin birgə iştirakı ilə davamlı sülhə və sabitliyə nail olmalıyıq. Davamlı sülhə nail olmaq üçün hər iki tərəfin siyasi iradə və güzəştə getmək üçün cəsarətli addımlar atıması tələb olunur. Münaqişənin sülhlə həllinə nail olmaq üçün digər həmsədrlərlə fəaliyətimin davam etdirilməsini səbirsizliklə gözləyirəm. Davamlı sülh yolu ilə həllin birgə axtarılması lazımdır”, o qeyd edib.

Yeni həmsədr Amerikanın Səsinin Azərbaycanın ərazilərinin işğal olunması faktını tanıyıb-tanımaması ilə bağlı sualının cavabında deyib ki, hazırda məqsədi bütün tərəfləri dinləyib məlumat almaqdır.

“Əsas məqsəd bütün diqqəti keçmişə deyil, gələcəyə yönəldib, münaqişənin həllinə nail olmaqdır”, deyə o qeyd edib.

Uorlik bildirib ki, həftə sonu ABŞ qayıdacaq, yol üstü Vyanada ATƏT-in baş katibi ilə görüş keçirəcək, BMT Baş Assambleyasının sessiyası çərçivəsində isə Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

O münaqişə ilə davamlı məşğul olacaq ilk amerikalı həmsədr olacağını vurğulayıb.

“Dövlət katibi Con Kerri bu vəzifəni tapşıranda bildirirdi ki, regionda davamlı sülhə nail olmağın vaxtı çatıb”.

Bununla yanaşı, həmsədr davaml sülhə tezliklə necə nail olunacağının sirlərini açmayıb.

C.Uorlik deyib ki, yaxın gələcəkdə də regiona səfərlərini davam etdirəcək.

O Bakıdan Yerevana və Dağlıq Qarabağa gedəcək.
XS
SM
MD
LG