Accessibility links

Amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək


Ceyms Uorlik

Ceyms Uorlik

Ceyms Uorlik həmçinin konqresmen Ed Roysla birlikdə Ermənistana, Azərbaycana və Ukraynaya səfər edəcək

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik aprelin 4-də Moskvada Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşəcək. Uorlik öz Twitter bloqunda yazır ki, Vyanaya, oradan isə Moskvaya gedəcək.

“Məsləhətləşmək üçün Vyanaya gedirəm, oradan isə Moskvaya gedəcəyəm, Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşəcəyəm”, deyə Uorlik yazır.

Amerikalı həmsədr həmçinin yazır ki, Nümayəndələr Palatasının xarici işlər komitəsinin sədri, konqresmen Ed Roysla birlikdə Ermənistana, Azərbaycana və Ukraynaya səfər edəcək.

Aprelin 4-də Moskvada MDB Xarici İşlər nazirlərinin növbəti iclası çərivısində Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək. Xarici işlər nazirləri prezidentlərin yaxın vaxtlarda gözlənilən görüşünü hazırlamaq məqsədilə müzakirələr aparacaq.

Xatırladaq ki, martın 24-25-də Nüvə Təhlükəsizliyi Sammiti zamanı Haaqada ATƏT Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında aprelin 4-də Moskvada görüşün keçirilməsi barədə razılıq əldə olunub.

Həmçinin Fransa, Rusiya və ABŞ-dan olan həmsədrlər Jak For, İqor Popov və Ceyms Uorlik, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik martın 24-25-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın prezidenti Serj Sarkisyanla ayrılıqda görüş keçiriblər.
XS
SM
MD
LG