Accessibility links

Ceyms Uorlik: Gündəliyimizdə iki ölkə prezidentinin görüşünün təşkilatı məsələləri var [Video]


Minsk qrupunun amerikalı həmsədri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı ətrafındakı durumdan danışıb

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan və Azərbaycana səfərlərinin yekunları ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirib.

O ATƏT-in Minsk qrupunun həmsədrlərinin Ermənistan və Azərbaycan prezidentləri ilə görüşdüyünü bildirib. Səfərdən öncə isə həmsədrlər Vyanada ATƏT çərçivəsində müzakirələr aparıb.

Əslində prezidentlər arasında görüşün çərçivəsini müəyyənləşdirmək istəyirik.

“Görüşlərimizdə iki ölkə prezidenti arasında bu il ərzində görüşün təşkilatı məsələləri də var idi. Əslində prezidentlər arasında görüşün çərçivəsini müəyyənləşdirmək istəyirik ki, iki ölkənin prezidenti bir araya gələrək Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqlar aparsın və bu prosesin bilavasitə irəli getməsinə dair müzakirələr aparsın”, o qeyd edib.

Həmsədrlər həm Azərbaycan, həm də Ermənistan prezidentləri ilə görüşlərində atəşkəs məsələlərinə də toxunub.

“Müzakirələr əsnasında atəşkəs rejiminin pozulmasının hər iki tərəf üçün faciəvi nəticələrini, eyni zamanda hörmət göstərilməsini və atəşkəsə əməl edilməsinin çox vacib olduğunu vurğulamışıq. Ümumiyyətlə cəbhə xəttində hər hansı zorakılıq hallarının baş verməməsinin təminatını qeyd etmişik”.

Ümumiyyətlə cəbhə xəttində hər hansı zorakılıq hallarının baş verməməsinin təminatını qeyd etmişik.

C.Uorlik hesab edir ki, son bir neçə ay ərzində təmas xəttində nisbətən sakitlik müşahidə olunur.

“Biz bu kimi sakit dövrün davam etməsini istəyirik. Düşünürük ki, tərəflər arasındakı bu sakitlik bilavasitə gələcək etimadın əldə olunmasına, tərfələrin bir-birinə hörmətlə yanaşmasına zəmin yaradacaq”.

Həmsədr jurnalisrlərin çoxsaylı sullarına da cavab verib.

Ermənistanda girovluqda saxlanan azərbaycanlılarla bağlı sualın cavabında Uorlik deyib ki, həmsədrlər görüşlərində azərbaycanlı girovların məsələsinə toxunur.

“Girovlarla bağlı həm ABŞ hökumətinin, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyi eyni olaraq qalır”, o qeyd edib.

Amerikalı həmsədr regionda sülhməramlı qoşunların yerləşdirilməsi ilə bağlı sualın cavabında deyib ki, Dağlıq Qarabağda sülhməramlı qoşunların yerləşdirilməsi məsələsi illər boyu müzakirə olunan məsələdir.

Sülhməramlı qüvvələrin yerləşdirilməsi, eyni zamanda beynəlxalq zəmində olan təhlükəsizlik zəmanəti istənilən münaqişənin geniş şəkildə olan həllinin əsas amillərindən biridir.

“Sülhməramlı qüvvələrin yerləşdirilməsi, eyni zamanda beynəlxalq zəmində olan təhlükəsizlik zəmanəti istənilən münaqişənin geniş şəkildə olan həllinin əsas amillərindən biridir. Bu məsələ eyni zamanda münaqişəyə cəlb olunmuş iki tərəfin diqqətindən də yayınmamalıdır və bu məsələni öz görüşləri zamanı müzakirə etməlidir”, Uorlik deyib.

O ABŞ və digər qərb dövlətlərinin Ukraynanın ərazi bütövlüyünü birmənalı müdafiə etdiyi halda Azərbaycana münasibətdə loyay yanaşmanın səbələri ilə bağlı suala cavabda bildirib ki, istənilən münaqişə bir-birindən fərqlidir. Münaqişələrin zəminindən asılı olaraq müxtəlif yanaşmalar var.

Dağlıq Qarabağ münaqişəsinin özünəməxsus həll olunma prinsipləri var. Bu prinsiplər Helsinki yekun aktında əksini tapıb. Bu prinsiplər arasında ərazi bütövlüyü, müqəddəratını müəyyənləşdirmə və gücdən, zorakılıqdan istifadə etməmə prinsipləri var.

“Düşünmürəm ki, Ukrayna və Dağlıq Qarabağ münaqişəsini bir-birinə oxşatmaq olar. Müxtəlif münaqişələrin müxtəlif zəmini və müxtəlif tarixçəsi var. Dağlıq Qarabağ münaqişəsinin özünəməxsus həll olunma prinsipləri var. Bu prinsiplər Helsinki yekun aktında əksini tapıb. Bu prinsiplər arasında ərazi bütövlüyü, müqəddəratını müəyyənləşdirmə və gücdən, zorakılıqdan istifadə etməmə prinsipləri var. ATƏT-in həmsədrləri, eyni zamanda Minsk qrupunun həmsədr dövlətləri çox istərdi ki, iki dövlətin prezidenti onlara münasib olan vaxtda bir araya gəlsin və danışıqlar yolu ilə məsələnin irəliyə doğru çözülməsi istiqamətində bir irəliləyiş əldə etsinlər”.

Amerikalı həmsədr Avropa İnsan Haqlaır Məhkəsinin Ermənistanda qalan mülklərin ödənilməsi ilə bağlı“Çiraqovlar və digərləri Ermənistana qarşı” qərarından danışıqlarda istifadə ediləcəkmi? - sualının cavabında hüquqşünas olmadığı üçün hər hansı bir hüquqi məsələ ilə bağlı geniş danışa bilməyəcəyini deyib. Amma Minsk qrupunun həmsədrləri münaqişə tərəflərinin nazirləri və prezidentləri ilə birgə sülh yolunun tapılması üçün fəaliyyət göstərdiyini bildirib.

“Düşünürəm ki, müharibə dövrü artıq keçib. Bu müharibədə həddindən artıq çox həyatlar qurban verilib və həddindən artıq çox vəsaitlər itirilib”.

Həmsədrin fikirncə, Azərbaycan və Ermənistan prezidnertləri ümumiyyətlə müharibə istəmir.

Hər iki prezident məsələnin sülh yolu həlli istiqamətində öz öhdəliyini və bağlılığını nümayiş etdirib.

“Hər iki prezident məsələnin sülh yolu həlli istiqamətində öz öhdəliyini və bağlılığını nümayiş etdirib. Vacib məqamlardan biri tərəflər arasında tam etmadın olmaması məqamıdır. Mən başa düşürəm ki, tərəflər arasında olan etmad bilavasitə danışıqların zəminini təşkil etməlidir. Etmadın yaradılması və möhkəmləndirilməsi üçün kiçik addımlar çox böyük rol oynayır. Mühüm olan kiçik addımları atmaq çox vacibdir və bu addımlardan biri Azərbaycan tərəfindən Ermənistan atletlərinin Bakıda keçirilən Avropa Oyunlarına dəvət olunması oldu. Ermənistan idmançıları gəldilər və yarışlara qatıldılar. Bu kimi addımlar etimadın yaradılması və möhkəmləndirilməsi üçün çox mühümdür. Prezident Əliyevlə görüşdə dedim ki, Ermənistan idmançıları kimi bir gün olacaq ki, Azərbaycan idmançıları da Ermənistanda yarışlarda iştirak edəcək”.

Ceyms Uorlik Amerikanın Səsinin Avropa Birliyinin münaqişənin nizamlanmasına töhfəsi və tərəflər arasındakı gərginliyin azaldılması sahəsində planlar barədə sulaının cavabında deyib ki, həmsədrlər istənilən təşkilatın, eyni zamanda Avropa Birliyinin münaqişənin nizamlanması istiqamətində atdığı hər hansı addımı dəstəkləyir.

O günləri xatırlayıram ki, azərbaycanılar və ermənilər bir məkanda yaşayıb, ailələr bir-birinin qonağı olub. Bu insanlar bir-birini tanıyıb və birgə işləyib.

“Onu da deyim ki, Azərbaycan və Ermənistan danışıqlara qatılaraq münaqişənin nizamlanması üçün öhdəliklərini artıq nümayiş etdirib. Tərəflər arasında etimadın o qədər də güclü olmaması barədə sual başqa bir fundamental məsələni mənə xatırladır. O günləri xatırlayıram ki, azərbaycanılar və ermənilər bir məkanda yaşayıb, ailələr bir-birinin qonağı olub. Bu insanlar bir-birini tanıyıb və birgə işləyib. Amma ,artıq bu xalqlar arasında əlaqəni görməyən bir nəsil püxtələşib. İnanıram ki, Dağlıq Qarabağ münaqişəsində razılaşdırma əldə ediləcək və ermənilərlə azərbaycanlılar eyni məkanda təhlükəsiz yaşamaq imkanı əldə edəcəklər. Etimadın yaradılması və gücləndirilməsi özlüyündə çətin və vaxt aparan məsələdir. Amma biz bu etimadın yaradılmasını təmin etməliyik”, həmsədr qeyd edib.

XS
SM
MD
LG