Accessibility links

ABŞ-ın Azərbaycandakı səfirliyi ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin başqa diplomatla əvəzlənməsi məsələsinə baxılması ilə bağlı bəzi KİV-lərdə yayılan xəbərləri təkzib edib.

“ABŞ səfir Uorlikə tam inanır və etimad göstərir. O, həmsədr kimi fəaliyyətini davam etdirəcək”, ABŞ səfirliyindən Amerikanın Səsinin sorğusuna cavabda bildirblər.

Xatırladaq ki,bəzi yerli KİV-lərdə yayılan məlumatlarda bildirilir ki, Azərbaycan hakimiyyətinin C.Uorlikin bəzi bəyanat və hərəkətlərindən narazılığı ilə əlaqədar Dövlət Departamenti onun əvəzlənməsi məsələsinə baxır.

XS
SM
MD
LG