Accessibility links

Ceyms Uorlik: Münaqişənin hərbi yolla həlli yoxdur


Bu yaxınlarda Gürcüstandakı həbslər bizə mətbuatda yayılmış məlumatlardan bəlli olub. Nüvə Təhlükəsizliyi Sammiti zamanı prezident Obama dünyanın digər ölkələrinin liderləri ilə birgə təsdiq edib ki, nüvə və radioaktiv materialların etibarlı saxlanması nüvə terrorizminin qarşısının alınması üçün vacib elementdir.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

Bu il aprelin 16-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Ermənistanın üç vətəndaşını və üç gürcünü nüvə materialını qanunsuz yolla satmaq cəhdinə görə saxlayıb.

Gürcüstan Təhlükəsizlik Xidmətinin məlumatına görə, satılması nəzərdə tutulan uran (U-238) maddəsi 200 min ABŞ dollarına təklif edilib.

"Tutulanlardan birinin evində uran daşınması üçün nəzərdə tutulan zavod konteyneri aşkarlanaraq götürülüb. Bu maddənin şüalanma dozası insan orqanizmi üçün olduqca təhlükəlidir", Gürcüstan Təhlükəsizlik Xidmətinin xüsusi işlər üzrə müstəntiqi Savle Motiaşvili bildirib.

Cənab Uorlik xatırladıb ki, ABŞ nüvə materiallarının qanunsuz daşınmasının, tətbiqinin aşkar olunaraq cavab tədbirlərinin görülməsi istiqamətində dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıq edir.

Həmsədr Dağlıq Qarabağda yaranmış son durumla bağlı da mövqeyini bildirib.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi bizim mövqeyimiz belədir: tərəflər atəşkəs sazişinə ciddi şəkildə əməl etməli, hərtərəfli sülhə nail olmaq üçün dərhal danışıqlara başlamalıdır. Münaqişənin hərbi yolla həlli yoxdur”, o qeyd edib.

XS
SM
MD
LG