Accessibility links

Çeyni: Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi müharibə aktı sayıla bilər


Armed commando soldiers carry a woman who fainted, out of Terminal 21 Korat mall where a mass shooting took place in Nakhon Ratchasima, Thailand. A gunman described as a soldier angry over a financial dispute killed a few people and then went on a far bloodier rampage, shooting as he drove to the busy mall where shoppers fled in terror.
Armed commando soldiers carry a woman who fainted, out of Terminal 21 Korat mall where a mass shooting took place in Nakhon Ratchasima, Thailand. A gunman described as a soldier angry over a financial dispute killed a few people and then went on a far bloodier rampage, shooting as he drove to the busy mall where shoppers fled in terror.

ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni Rusiyanın Birləşmiş Ştatlar prezident seçkilərinə mümkün müdaxiləsini tənqid edərək, bunu düşmənçilik aktı adlandırıb.

Çeyni deyib ki, Rusiya prezidenti Vladimir Putin 2016-cı il ABŞ prezident seçkiləri və Amerikada demokratik proseslərə ciddi müdaxiləyə cəhd göstərib.

"Prezident Vladimir Putin və onun hökuməti və təşkilatlrı bizim fundamental demokratik proseslərə müdaxilə məqsədilə ciddi cəhdlər göstərib"-deyə Çeyni Dehlidəqlobal biznes sammitində çıxışı zamanı bildirib.

Dik Çeyni deyib ki, "bəzi dairələrdə bu, müharibə aktı kimi qiymətləndirilə bilər".

Prezident Vladimir Putin və onun hökuməti və təşkilatları bizim fundamental demokratik proseslərə müdaxilə məqsədilə ciddi cəhdlər göstərib
Dik Çeyni

Keçmiş vitse-prezident Rusiyanın gələcəkdə də belə səylər göstərməyə davam edəcəyini ehtimal edərək, Rusiya prezidentini Baltikyanı ölkələrdə seçkilərə təsir göstətməyə çalışmaqda ittiham edib.

Çeyninin tənqidi çıxışı ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatın kəşfiyyat komitələrində Rusiyanın prezident Donald Trampın hakimiyyətə gəlişi ilə nəticələnən seçkilərə müdaxiləsi ilə bağlı təhqiqat aparılır.

ABŞ kəşfiyyatı Rusiyanın Klintonun kampaniyasının rəhbəri Con Podestanın komputerinə müdaxilə etdiyi haqda nəticə çıxararaq, WikiLeaks qrupunun demokratların Klintonun partiyadan nominasiya qazanması üçün səhnəarxası utandırıcı səylərini göstərən minlərlə emailləri ictimaiyyətə sızdırdığını bildirib.

Kəşfiyyat orqanları Rusiyanın Trampın demokrat opponenti olan keçmiş dövlət katibi Hillari Klintonu məğlub edə bilməsinə kömək məqsədilə seçkiyə müdaxilə etdiyinə dair nəticə çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG