Accessibility links

Ceyson Rezayan Miladı həbsxanada ailəsi ilə birlikdə keçirib


500 gündən çoxdur İranda həbsdə olan Vaşinqton Post qəzetinin əməkdaşı Ceyson Rezayana Milad gününü yoldaşı və anası ilə birgə keçirməyə icazə verilib.

"Bir neçə cəhddən sonra Yegi və mən Milad günü bir neçə saat Ceysonla görüşmək üçün məhkəmədən icazə ala bildik" - deyə Rezayanın anası Meri Vaşinqtonda Postə göndərdiyi məktubda bildirib. Yegi kimi tanınan Yeganə Salehi isə İran vətəndaşıdır və o, Bİrləşmiş Ərəb Əmirliklərində qərargahlanan The National qəzetinin müxbiridir.

"Bu il ilk dəfə idi ki, onu Evin həbsxanasında ziyarət edərək onunla vaxt keçirmək imkanım oldu və ona ilk dəfə evdə bişmiş yemək verə bildik" - deyə Meri Rezayan yazır.

İran ötən ay bəyan edib ki, oktyabrda məhkəmə onu casusluq və başqa maddələr üzrə təqsirli biləndən sonra Rezayan qeyri-müəyyən müddətə həbs cəzası alıb. Ancaq hökm və ya həbs müddəti barətə heç bir məlumat verilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG