Accessibility links

ABŞ hərbçiləri cümə axşamı təlim zamanı Havay sahilində hərbi vertolyot qəzası nəticəsində itkin düşmüş 12 dəniz donanması əsgərinin axtarışlarını bazar günü də davam etdiriblər.

Hərbi rəsmilər bildirib ki, güclü külək və yüksək dalğalar Oahu adasının şimal ərazisində axtarışları çətinləşdirib. Rəsmilər vertolyot qırıntılarının 11 kilometr əraziyə yayıldığını bildirib.

Mülkü vətəndaşlar cümə axşamı iki vertolyotun toqquşduğunu gördüklərini və onların heç birinin yardım siqnalı vermədiyini iddia edir.

ABŞ Sahil Mühafizəsinin sözçüsü bazar günü Havay adasının pataxtı Honoluludan axtarışların dayandırılması və ya təxirə salınması planının olmadığını bildirib.

Nəhəng yük daşıyan vertolyotlar Havay adalarında yerləşən Dəniz Donanması Hava Korpusunun tərkibinə daxildir. Hərbi veb səhifə CH-53 vertolyotlarının ABŞ ordusunda ən nəhəng vertolyotlar olduğunu və 16 ton çəkidə təchizat, döyüş sursatları ilə silahlanmış əsgərlər və hərbi maşınlar daşıya bildiyini yazır.

XS
SM
MD
LG