Accessibility links

Çak Heygel: ABŞ getdikcə hərbi gücə daha az arxalanmalıdır


Hagel
Hagel
ABŞ Müdafiə naziri Çak Heygel bildirib ki, Birləşmiş Ştatlar dünyada terrorizm və başqa təhlükələrlə mübarizədə təkcə hərbi yol deyil, hakimiyyətin bütün başqa vasitələrindən istifadə etməlidir.

Müdafiə naziri onun ifadəsi ilə, 11 sentyabr hadisələrindən sonra prezident Barak Obamanın ölkəni daimi müharibə yolundan çıxardığı bir dövrdə Pentaqonun büdcəsi və streteji priorotetlərindən danışıb.

Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində rəsmilər və strateqlərin iştirak etdiyi tədbirdə danışan Çak Heygel deyib ki, 12 il İraq və Əfqanıstanda böyük maliyyə tələb edən müharibələrdən sonra amerikalılar özlərinə diqqət ayırıb, beynəlxalq münaqişələrdən kənar durmağa meyllidir. “Yalnız özünə diqqət vermək təkəbbürlülük kimi bir tələdir, biz 21-ci əsrdə müvəffəq xarici siyasət yeritməliyik”-deyə o bildirib.

Bu strategiya daha kiçik miqyasda əməliyyatların aparılması prinsipinə əsaslanaraq, xüsusi təyinatlı qüvvələr və məsafədən idarə edilən cihazların dəqiq hücumlar keçirməsi, regional təhlükəsizlik risklərilə qarşılaşan tərəfdaş ölkələrin qüvvələrinə təlim verilməsi və yardım edilməsi, eyni zamanda daha çox humanitar yardım göstərilməsini nəzərdə tutur.

Çak Heygel deyib ki, Birləşmiş Ştatlar qeyri-dövlət qrupları, terorçular və kriminal şəbəkələr tərəfindən risklərə cavab vermək kimi məsuliyyəti öz üzərinə götürməyə davam edir.

“Bu problemləri ünvanlamaq üçün beynəlxalq ictimaiyyəti öz arxasında apara biləcək heç bir ölkə bu gücə, iradəyə, qabiliyyətə və müttəfiqlik alyansına malik deyil. Amma buna baxmayaraq, bizim liderliyimiz təkcə bizim qüdrətimizə deyil, daha çox öz limitlərimizin tanınması və nüfuzumuzun ağıllı şəkildə genişləndirilməsindən asılı olacaq.”

Resurslarıdan ağıllı şəkildə istifadə edilməsi çağırışı Pentaqonun on illər ərzində ən ağır büdcə ixtisarları ilə qarşılaşdığı bir vaxt edilir. Gələn 10 ərzində Pentaqonun ixtisarları təxminən trilyon dollar təşkil edəcək.

Müdafiə naziri Çek Heygel deyib ki, bütün dünyada təhlükələrə cavab verilməsi və münaqişələrin həllində əsas diqqət getdikcə mülki sahəyə veriləcək, hərbi qüvvələrsə bu işdə dəstəyi təmin etmək vəzifəsini yerinə yetirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG