Accessibility links

Gökhan Çapoğlu: Ərdoğan Qərbin təzyiqi altında ermənilərlə bağlı mövqeyini dəyişib [Audio]


Ankaradan sabiq millət vəkili, Anadolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Gökhan Çapoğlu Ərdoğanın qələbəsindən sonra Türkiyənin siyasi landşaftının necə dəyişə biləcəyinə dair Amerikanın Səsinin suallarını cavablandırıb.

Onun dediyinə görə, Ərdoğan istədiyinə nail ola bilməyib. “Martın 30-da keçirilən seçkilərdə 21 milyon səs toplayan baş nazir bu dəfə 20 milyon 800 min səs qazanıb. Seçki fəallığının aşağı olması onun qələbəsini təmin edib. Əks təqdirdə o, ilk turda qələbə əldə bilməyəcəkdi. Səsvermə hüququna malik olan seçicilərin 74 faizinin seçkilərdə iştirak etməsi Ərdoğanın qələbəsinə yol açıb.”

Gökhan Çapoğlu Rəcəb Tayyib Ərdoğanın prezidentlik arzusunun baş tutmayacağını və Ədalət və İnkişaf Partiyası(AKP) daxilində tam nəzarətə sahib olmaycağını bildirib.

Gökhan Çapoğlu

Gökhan Çapoğlu

Çapoğlu seçici fəallığının zəifliyini insanların yay tətilində olması və ən mühümü prezidentliyə namizəd Ekmələddin İhsanoğlunun seçiciləri cəlb edə bilməməsi ilə izah edib.

Hakimiyyətdən getməkdə olan Abdulla Gülün yeni baş nazir və ya AKP sədri təyin edilməsi ilə bağlı sualın cavabında Anadolu Strateji Araşdırmalar Mərkəzinin rəhbəri deyib ki, Gül buna nail olmağa çalışacaq. “Ərdoğanın hakimiyyətə gəlməsinin gücü partiya daxilindəki çəkişmələri artıracaq. Abdulla Gül və onun tərəfdarları partiyaya sahib olmağa çalışacaq.”

Türkiyənin gələcək xarici siyasətinin hansı səmtdə irəliləyəcəyinə gəlincə Gökhan Çapoğlu təəssüflə bunun baş verməyəcəyini qeyd edib. O deyib ki, AKP hakimiyyətə gəldiyindən bəri böyük səhvlərə yol verib. “ Türkiyənin Yaxın Şəqrdəki tərəfsiz siyasəti dəyişib. Türkiyə heç bir şəkildə təriqətlərarası münaqişələrdə iştirak etməyib. Təəssüflər olsun ki, bu hökumət belə münaqişələrə müdaxilə edib, Türkiyəni Yaxın Şərqin bataqlığına sürükləyib. Ölkədə azəri qardaşlarla daha yaxın əlaqələr qurulması arzulandığı halda Ərdoğan Qərbin təzyiqi altında ermənilərlə bağlı mövqeyini dəyişib.”

Çapoğlu ölkənin yeni bir eraya başlaması ilə xarici siyasətinin dəyişəcəyinə və bunun Türkiyənin Azərbaycanla da sıx iş birliyinə yol açacağına ümid etdiyini deyib.

XS
SM
MD
LG